Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tovuzda gənc yazarlarla görüş

Tovuzda gənc yazarlarla görüş

Date: 17 December 2015 11:03


Tovuz, 17 dekabr, AZƏRTAC
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində “Gənc yazarlarla görüş” layihəsi çərçivəsində görüşlərin keçirilməsi artıq ənənəyə çevrilib. Layihənin keçirilməsində məqsəd gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, o cümlədən qonşu rayonların yazarları ilə yaxından tanış olmaqdır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti görüş dekabrın 17-də keçirilib. Tədbirdə Gəncə-Qazax regionunun gənc yazarları iştirak edib.
İştirakçılar gənc yazarlardan Prezident təqaüdçüləri Gülnar Səmanın, Rübabə Sahibin, Rüfət Axundlunun, Taleh Mənsurun həyat və yaradıcılığını dinləyib, onların yeni işıq üzü görən kitabları ilə tanış olublar.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri, yaşlı nəslin nümayəndələri şair İsa Cavadoğlu və Əbülfət İslam gənc yazarların yaradıcılığına münasibətlərini bildiriblər.
Sonda xatirə şəkili çəkdirilib.



Tags:  Tovuzda gənc yazarlarla görüş


RƏYLƏR


Top news