Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aqil M. Quliyev: "5-10 manata görə..."

Aqil M. Quliyev: "5-10 manata görə..."

Date: 17 December 2015 11:17

Rejissor Aqil M. Quliyev serial biznesində qazancın az olduğunu bildirib.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, rejissor serial çəkilişləri üçün dəvət alsa da, bu təklifləri qəbul etmədiyini bildirib.
 
O, Azərbaycanda düzgün televiziya mexanizminin olmamasından gileylənib:
 
"İndi çəkilən seriallarda özümü rejissor kimi görmürəm və belə bir təklifə razılaşmaram. Serial qəliz mexanizmdir. Bütün dünyada qəbul olunmuş standartlar var. Serialı pul qazanmaq üçün çəkirlər. Bu, televiziyadan gəlir əldə etmək vasitəsidir. Azərbaycanda isə serial əsəb və pul itkisi deməkdir".
 
Rejissor uğursuz ssenari seçimindən də danışıb:
 
"İndi bütün dünyada ssenari qıtlığı yaşanır. İş o yerə gəlib ki, film belə seriala çevrilir. Mən 5-10 manata görə serial çəkmərəm. Bu, adıma yaraşmaz".

Milli.Az


Tags:  Aqil Quliyev 5-10 manata


RƏYLƏR


Top news