Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

UEFA Bakının "İnter" klubunu beynəlxalq turnirlərdə iştirakdan məhrum edə bilər

UEFA Bakının "İnter" klubunu beynəlxalq turnirlərdə iştirakdan məhrum edə bilər

Date: 17 December 2015 12:18


Bakı, 17 dekabr, AZƏRTAC
UEFA-nın klubların maliyyə nəzarəti üzrə arbitraj palatası altı kluba son xəbərdarlığını ünvanlayıb. Bunlar Bakının "İnter", Portuqaliyanın "Braqa", Rumıniyanın "Tırqu-Mureş", "Astra", "Botoşani" və Ukraynanın "Dnepr" klublarıdır.
Kəskin xəbərdarlığa səbəb olan amil sözügedən komandaların 30 iyun - 30 sentyabr tarixlərində başqa klublara, öz əməkdaşlarına və sosial-vergi xidmətlərinə gecikdirilmiş ödənişlərlə bağlı tələbləri icra etməməsidir. Tələbləri pozan bu klublara 2016-cı ilin yanvar ayının 31-nə kimi bütün borcların ödənilməsi tapşırığı verilib.
Əks təqdirdə klublar qarşıdakı üç beynəlxalq avrokubok mövsümündə (2016/17, 2017/18 və 2018/19) iştirakdan məhrum ediləcək.
"İnter"ə həmçinin 50 min avro cərimələnib.

Tags:  UEFA Bakının İnter klubunu beynəlxalq turnirlərdə iştirakdan məhrum edə bilər



RƏYLƏR


Top news