Xüsusi qərargah: "İtkin düşmüş neftçilərin axtarış miqyası daha da genişləndirilib"

Xüsusi qərargah: "İtkin düşmüş neftçilərin axtarış miqyası daha da genişləndirilib"
12:47 17 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları yenidən bərpa edilib.

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, axtarışlarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin şəxsi və texniki heyəti iştirak edir.

Ümumilikdə axtarışlara 8 gəmi, 13 helikopter, 1 təyyarə və dalğıclar cəlb edilib.

Qərargahdan qeyd ediblər ki, itkin düşmüş neftçilərin axtarış miqyası daha da genişləndirilib. Xəzər ətrafı qonşu ölkələrə müraciət olunub və həmin ölkələrin sərhəd sularında da axtarışlar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR