Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 40 illiyi münasibətilə sərgi və tədbir keçiriləcək

12:53 17 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 18-də dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 40 illiyi münasibətilə sərgi və tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sərgidə muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, muzeyin nəşrləri nümayiş olunacaq. Respublikanın bir sıra tanınmış ziyalılarının iştirak edəcəyi tədbirdə aktyorların ifasında ev muzeyinə həsr olunmuş şeirlər söyləniləcək, bəstəkarın musiqilərindən parçalar səslənəcək.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin ev-muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, Şamil Əzizbəyov 67 ünvanında (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil edilib. 1975-ci il noyabrın 20–də ulu öndər Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzey bəstəkarın zəngin irsini qoruyaraq, çoxşaxəli yaradıcılıq fəaliyyətini özündə əks etdirir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uzeyir_Hacibeylinin_ev_muzeyinin_yaranmasinin_40_illiyi_munasibetile_sergi_ve_tedbir_kechirilecek-911999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR