Türkiyənin təhlükəsizlik qüvvələri 23 terrorçunu məhv edib

Türkiyənin təhlükəsizlik qüvvələri 23 terrorçunu məhv edib
13:38 17 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Türkiyənin cənub-şərqində son iki sutka ərzində 23 separatçı məhv edilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, PKK terror təşkilatının üzvləri İraq və Suriya ilə sərhəddə yerləşən Şırnak əyalətinin Silopi və Cizrə rayonlarında keçirilən əməliyyatlar nəticəsində neytrallaşdırılıb.
Son bir neçə gündür ki, ölkənin cənub-şərqindəki bəzi əyalətlərdə vəziyyət xeyli gərginləşib. Bölgədə komendant saatı tətbiq edilib, təhlükəsizlik qüvvələri PKK və onlara bağlı qruplara qarşı xüsusi əməliyyatlara başlayıb. Yaraqlılar isə öz növbəsində bəzi regionları təcrid etmək məqsədi ilə yollarda barrikada qurub və xəndəklər qazıb. Yerli əhali əməliyyat keçirilən əraziləri tərk edir.
Dekabrın 16-da Türkiyə ordusunun PKK-ya qarşı geniş miqyaslı əməliyyata başlayacağı barədə məlumat yayılıb. Əməliyyat çərçivəsində terrorçuların ölkə daxilində və xaricindəki bütün sığınacaqlarının və atəş nöqtələrinin, həmçinin təlim düşərgələrinin məhv edilməsi planlaşdırılır.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_tehlukesizlik_quvveleri_23_terrorchunu_mehv_edib-912017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR