Füzuli rayonunda kənd xəstəxanası istifadəyə verilib

Füzuli rayonunda kənd xəstəxanası istifadəyə verilib
14:13 17 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 17 dekabr, AZƏRTAC
Füzuli rayonunun Əhmədbəyli kəndində yeni inşa olunmuş 30 çarpayılıq xəstəxana binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, kənd sakinlərini təbrik edib, rayonda həyata keçirilən sosial layihələrdən, səhiyyənin maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, müasir standartlara uyğun inşa edilmiş yeni xəstəxanadan Əhmədbəyli kəndi ilə yanaşı, yaxınlıqda yerləşən Mahmudlu-2, Murtuzalılar və Qarabağ kəndinin sakinləri də yararlanacaq. Xəstəxanada kənd sakinlərinə 7 həkim, 15 tibb işçisi tərəfindən terapevtik, pediatrik, ginekologiya, stamatologiya və digər tibbi xidmətlər göstəriləcək.
Çıxış edən sakinlər ölkəmizdə səhiyyənin inkişafına, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda iştirakçılar xəstəxanada yaradılan şəraitlə tanış olublar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_rayonunda_kend_xestexanasi_istifadeye_verilib-912031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR