Avropa Gənclər paytaxtının açarı Gəncədə (FOTO)

Avropa Gənclər paytaxtının açarı Gəncədə (FOTO)
14:26 17 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Gənclər paytaxtının rəmzi açarı Rumıniyanın Kluj Napoca şəhərindən Gəncəyə gətirilib. 2016-cı il üçün Avropanın Gənclər paytaxtı Gəncə olacaq.

ANS PRESS-in məlumatına görə, Avropa Gənclər paytaxtının rəmzini açarını ikinci böyük şəhərə ictimai birliyin və şəhər icra hakimiyyətinin nümayəndələri gətiriblər. Şəhərdəki Beynəlxalq hava limanında gənclər rəmzi açarın gətirilməsini coşğu ilə qarşılayıblar.



Qarşılanma zamanı Dram Teatrının aktyorları Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazlarını canlandırıblar. Daha sonra gənclər avtobus və avtomobillərlə Gəncənin prospekt və küçələrini dolaşaraq simvolik açarı şəhərin Baş Meydanına gətiriblər.



Avropa Gənclər Paytaxtı “Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihədir. Avropa Gənclər Forumu Avropa ölkələrinin Milli Gənclər Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. Müxtəlif illərdə Avropanın iri şəhərləri gənclər paytaxı seçilib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR