Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səhiyyə naziri İmişli və ətraf rayonların sakinlərini qəbul edəcək

Səhiyyə naziri İmişli və ətraf rayonların sakinlərini qəbul edəcək

Date: 17 December 2015 15:33


Bakı, 17 dekabr, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 18-də saat 12.00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Ağcabədi rayonları sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Tags:  Səhiyyə naziri İmişli ətraf rayonların sakinlərini qəbul edəcək


RƏYLƏR


Top news