Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Nar" nömrələrinə ikinci həyat verin, ikiqat balans qazanın

"Nar" nömrələrinə ikinci həyat verin, ikiqat balans qazanın

Date: 17 December 2015 15:42

"İkiqat bayram" kampaniyası yenidən aktivləşən nömrələrə ikiqat balans qazandırır

"Nar" ikitərəfli qaydada bağlı olan öncədən ödənişli nömrələrin yenidən aktivləşdirilməsinə - "İkiqat bayram" kampaniyasına start verdi. Kampaniya çərçivəsində 2 AZN-dən 50 AZN-dək ödəniş etmiş abunəçilər balanslarına yüklədikləri puldan əlavə, həmin məbləğin 100%-i həcmində 7 gün ərzində aktiv olacaq şəbəkədaxili bonus dəqiqələr qazanırlar.

Bundan başqa, mobil operator heç bir ödəniş şərti olmadan ikitərəfli bağlı olan 3G+ data nömrələrin balansına da 30 günlük 400 MB pulsuz internet trafiki yükləyir.

Kampaniya müddətində öncədən ödənişli nömrələri ikitərəfli qaydada bağlı olan, Sim-kartlarını itirən və ya zədələyən abunəçilər "Nar" satış və xidmət mərkəzlərində öz şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz Sim-dublikat əldə edə bilərlər.

Kampaniyadan nömrələri dekabr ayının 25-dək ikitərəfli qaydada bağlanmış bütün öncədən ödənişli xətt abunəçiləri istifadə edə bilərlər. İkitərəfli bağlı nömrələri yenidən aktiv edilən abunəçilər 15 yanvar 2016-cı il tarixədək kampaniyadan istədikləri qədər yararlana biləcəklər.

Daha ətraflı məlumatı "Nar" rəsmi internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az


Tags:  Nar nömrələrinə ikinci həyat verin ikiqat balans qazanın


RƏYLƏR


Top news