Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mərkəzi Bank manatla bağlı əks açıqlama verdi

Mərkəzi Bank manatla bağlı əks açıqlama verdi

Azərbaycanda banklararası kreditlər bahalaşıb (13 Mart 2017 13:27)
Manat krediti bahalaşdı – TƏHLİL (27 Fevral 2017 13:02)
Azərbaycanda kreditlər ucuzlaşıb (18 Fevral 2017 13:17)

Tarix: 17 Dekabr 2015 15:46

Mərkəzi Bank dollarla bağlı açıqlamanı təqzib etdi.

Azərbaycan Respublikası Mərkəzi Bankının Mətbuat Xidmətinə daxil olmuş sorğular ilə bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.

Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir.

Amma bu gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibəti dərc olunub.

Məlumatda qeyd olunub ki,ABŞ-ın dollarla bağlı qərarı Azərbaycanın milli valyutasına təsirsiz ötüşməyəcək.

FES-in qəbul etdiyi qərara əsasən, uçot dərəcəsi 0,25% artırılıb. Bu haqda FES-in rəhbəri Canet Yellen açıqlama verib.


Canet Yellen - FES rəhbəri

Teqlər:  Mərkəzi Bank manatla bağlı əks açıqlama verdi



RƏYLƏR


Top xəbərlər