Rusiya Prezidenti Vladimir Putin təsdiq edib ki, qızları Rusyada yaşayırlar və heç vaxt xaricdə təhsil almayıblar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, bu barədə illik mətbuat konfransında deyib.
V.Putunin sözlərinə görə, qızları biznes və siyasətlə məşğul olmurlar: "Təhlükəsizlik baxımından onların nə işlə məşğul olduqlarını demək istəmirəm".
Milli.Az