Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Polşa prezidenti avtomobilini düzgün park etmədiyinə görə cərimələnib

Polşa prezidenti avtomobilini düzgün park etmədiyinə görə cərimələnib

Date: 17 December 2015 16:13


Bakı, 17 dekabr, AZƏRTAC
Polis qadağan olunmuş yerdə park etdiyi üçün Polşa prezidentinin avtomobilinin təkərinə blok qoyub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Anjey Duda özünün qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının pəncərəsi önündə - qadağan olunmuş yerdə saxlayıb. Qonşuların məlumatı əsasında hadisə yerinə gələn polislər avtomobilin təkərini blok ediblər.
Bu xəbər bir anda bütün şəhərə yayılıb və sakinlər prezident maşınının qarşısında foto çəkdirməyə can atıblar. Polşa lideri 100 zlot (təxminən 25 dollar) məbləğində cərimə ödədikdən sonra polis avtomobilin təkərindən bloku götürüb.

Tags:  Polşa prezidenti avtomobilini düzgün park etmədiyinə cərimələnib



RƏYLƏR


Top news