Gənc mədəniyyət işçilərinin birinci regional toplantısı keçiriləcək

Gənc mədəniyyət işçilərinin birinci regional toplantısı keçiriləcək
16:58 17 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 18-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin nəzdində yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində “Gənc mədəniyyət işçilərinin birinci regional toplantısı” keçiriləcək.
Mədəniyyət və turizm nazir Əbülfəs Qarayevin iştirakı ilə keçiriləcək tədbirdə ölkəmizin bütün regionlarını əhatə edən 300 nəfərə qədər gənc mədəniyyət işçisinin iştirakı nəzərdə tutulub.
Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəaliyyəti və perspektiv planlar ətrafında müzakirələr,
regionlarda və paytaxtda çalışan gənc mədəniyyət işçilərinin qrupun yaradılması, məqsədi və onun əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barəsində çıxışlar dinləniləcək.
Tədbirin sonunda bölgələrdə və paytaxtda çalışan bəzi gənc mədəniyyət işçilərinə fəxri diplomlar təqdim olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_medeniyyet_ischilerinin_birinci_regional_toplantisi_kechirilecek-912108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR