Müsəlmanların ​yeni ittifaqı - terrorçuluğa qarşı mübarizədə hamı bir yerdə deyil

16:59 17 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+

İrandan Amerika şirkətlərinə qarşı SANKSİYA (26 Mart 2017 13:57)
İran ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi (26 Mart 2017 13:53)
Massaçusets Trampın miqrasiya fərmanına qarşı mübarizədə Nyu-York və Vaşinqtona qoşulacaq (10 Mart 2017 06:02)

Türkiyə terrorçuluğa qarşı mübarizə aparacaq qüvvələrə hərbi təlimlər verməyə hazır olduğunu bildirib. Malayziya hakimiyyəti isə terrorçuluğa qarşı mübarizəni dəstəkləyəcəklərini, ancaq hərbi əməliyyatlarda iştirak etməyəcəklərini vurğulayıb.
İttifaqın yaranmasının təşəbbüskarı Səudiyyə Ərəbistanıdır.
ABŞ və Almaniya belə bir birliyin yaranmasını alqışlayıb. Dövlət Departamentinin təmsilçisi deyib ki, uzun illərdir region dövlətlərini belə bir ittifaq yaratmğa çağırırlar. 
Məlumatlara görə, terrorçu İŞİD-ə qarşı beynəlxalq koalisiyaya 65 dövlət daxildir. Bu ittifaqdakı dövlətlər eyni zamanda həmin koalisiyanın üzvləridir.
Yeri gəlmişkən, bu dövlətlərin çoxu həm də Ərəb Dövlətləri Liqasının üzvüdür. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumda da bir yerdədirlər.
1945-ci ildə yaradılan Ərəb Dövlətləri Liqasının hazırda 22 üzvü var: İraq, İordaniya, Suriya, Livan, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən, Küveyt, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Mavritaniya, Sudan, Somali, Fələstin, Cibuti və Komor adaları.
Bu ölkələr həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. 
Yeni yaranan müsəlman ittifaqı və liqaya üzvlərin siyahısından da göründüyü kimi, eyni dövlətlərin müxtəlif təşkilatlarda bir yerdə olmasına baxmayaraq, onların terrorçuluğa qarşı mübarizəsi yetərincə səmərəli sayılmır. Ola bilsin, bu, həmin təşkilatların mahiyyətindən və ya nizamnaməsindən irəli gəlir. Ancaq əsas məsələ terrorçuluğa qarşı mübarizədə nəticədir. Nəticə isə hələ ki, yoxdur. Suriya və İraqın ərazi bütövlüyü tam pozulub. Oradakı hökumətlər proseslərə təsir edə bilmir. Bu dövlətlərdə pozulan siyasi, iqtisadi sabitlik qonşu ölkələr və bölgəyə ciddi şəkildə təsir etməkdədir.
Ona görə də bu yazıda müsəlman ittifaqının yaranmasının nəyə xidmət edəcəyini cavablandırmağa çalışacağıq.
10-15 il öncə ABŞ-ın "Yaxın və Orta Şərq layihəsi"ndən danışılanda bölgə dövlətləri buna ciddi yanaşmadı. Həmin layihəyə əsasən, dünyanın bu hissəsində demokratikləşmə prosesi getməli, insan haqları, qadın hüquqları təmin olunmalı, iqtisadi və siyasi sahələrdə islahatlar aparılmalı idi. Onda bu sənədi bölgə dövlətlərinin liderləri bəyənmişdi.
2012-ci ildə Barak Obama ikinci dəfə ABŞ prezidenti seçiləndə "Dəyişək" şüarını irəli sürdü. Belə ehtimal etmək olardı ki, Obama bunu öz ölkəsinin vətəndaşlarına və ya cəmiyyətinə ünvanlayıb. Şüarın bu məqsədlə irəli sürüldüyü də istisna deyildi. Ancaq dəyişikliyin daha çox Orta Şərqə aid olduğu görünməyə başladı.
Onların ardınca Səudiyyə Ərəbistanı, Bəhreyn, Mərakeş, İordaniya, Küveytdə cəmiyyət və monarxlar silkələndi. Bu ölkələrdə hadisələrin qarşısı alındı. Ancaq Suriya və Yəməndə dəyişiklik fərqli getdi.
Deməli, "dəyişək" şüarının daha çox ərəb dövlətlərinə aid olduğu aşkar görünməkdədir.
İndi Orta Şərqdə mənzərə təxminən belədir - İraq və Suriyanın bir dövlət olaraq mövcudluğu təhlükə qarşısındadır. Misirdə hərbi çevriliş nəticəsində siyasi sabitlik pozulub. Liviyanın ərazisində bir neçə hakimiyyət fəaliyyət göstərir və onun da bölünmə ehtimalı az deyil. Yəməndə hakimiyyətsizlikdir. Tunisdə nisbi sakitlikdir və s.
Onu da vurğulamaq lazımdır ki, bölgədəki terrorçu təşkilatların bir çoxu ərəblərin adı ilə bağlıdır.
Bu baxımdan ərəb dövlətlərinin dünya dövlətləri tərəfindən dəstəklənməyə ehtiyacı olan yeni və geniş hərbi ittifaq yaratması zərurəti ortaya çıxıb. Deməli, ittifaqa üzv olan dövlətlərdə vəziyyət heç də digərlərindən fərqli və qənaətbəxş deyil. Buna örnək olaraq Liviya, Somali, Sudan, Niger və Nigeriyanı göstərmək olar.
Müsəlman ittifaqına üzv dövlətləri ərazi bütövlüyünün pozulması, dövlətçiliyin məhv olması, dövlət quruluşu və hakimiyyət dəyişikliyi kimi təhlükələr gözləyir. Yeri gəlmişkən, bu, ittifaqdan kənarda qalan İrana da aiddir.
Düzdür, bəziləri bunu İslam dininin təriqətləri ilə bağlamağa çalışır, ancaq başlayan proses qarşısıalınmaz görünür. Ona din donu geyindirmək isə azı sadəlövhlükdür.
Heç şübhəsiz bu ittifaqın ilk hədəfi terrorçu İŞİD qruplaşmasıdır. Yeni birlik, o cümlədən ərəb dövlətləri İraq və Suriyanın ərazi bütövlüyünü də müdafiə edir.
Qərb yeni birliyin müttəfiqidir. Bununla belə, NATO İŞİD terror qruplaşması ilə döyüşmək üçün Suriyaya quru qoşunları göndərməyəcək.
Qurumun baş katibi Yens Stoltenberq deyib ki, bu, koalisiya NATO müttəfiqlərinin planlarına daxil deyil: "ABŞ-ın məhdud sayda xüsusi təyinatlı bölməsi var. Ön planda yerli qüvvələrin gücləndirilməsi dayanır. Bu, asan qərar deyildi, amma yeganə seçim idi".
NATO baş katibi vurğulayıb ki, mövcud münaqişə Qərb və İslam dünyasının qarşıdurması deyil: "Bu, ekstremizm və terrorizmə qarşı mübarizədir, bu savaşda ön xətdə müsəlmanlardır. Həm qurbanların, həm də İŞİD-ə qarşı vuruşanların çoxu müsəlmanlardır".
Beləliklə, çoxu ərəb dövlətlərindən ibarət ittifaq özünü elan edib.
Onlar terrorçuluğa qarşı mübarizədə Qərblə bir yerdə mübarizə aparacaqlar. O biri tərəfdə isə Kremlin yaratmaq istədiyi koalisiyadır. Ona isə İran, Bəşşar Əsəd rejimi, Livandakı "Hizbullah" və bu birliyə meyillənən Bağdaddakı Heydər əl-İbadi daxildir. Çin və Hindistanın isə bu bloklar arasında manevr etdiyi görünməkdədir.
Beləliklə, dünyada əsas siyasi oyunlar ərəb dövlətlərinin ərazisində gedir. Oyunlar isə onların yeni siyasi-ictimai, iqtisadi mərhələyə keçməsinə yönəlik sayılır. Odur ki, ərəb dövlətləri bütün sahələrdə ya islahat aparacaq, ya da əraziləri İraq, Suriyaya oxşayacaq. Ona görə də bu ittifaqın daha çox sonuncudan - dağıntı və parçalanmadan qorunmağa yarandığını ehtimal etməyə əsas verir.
Orta Asiya ölkələri bu sayaq prosesə fəal qoşulmurlar. Buna səbəb kimi Kremllə münasibətləri göstərmək olar.
Azərbaycan həm terrorçuluqdan, həm də işğalçılıqdan ziyan görən dövlətdir. Rəsmi Bakı illər uzunudur bu məsələləri bütün beynəlxalq səviyyələrdə bəyan edir. Ancaq hələ də bunun nəticələrinin aradan qaldırılmasında nə Qərb, nə də Kreml əməli addım atmır. Ona görə də ehtimal etmək olar ki, Azərbaycan öz mövqeyində qalaraq terrorçuluğa qarşı mübarizəni dəstəkləyəcək.
Nəhayət, dünya ictimaiyyəti İŞİD, "əl-Qaidə", "Taliban", PKK, "Hizbullah", "Boko Haram" kimi terrorçu təşkilatların əməllərinin əziyyətini çəkməkdədir. Yeni yaranan ittifaqın bu sayaq qruplaşmalara qarşı mübarizədə uğur qazanacağı ehtimal azdır. Çünki terrorçuluğa qarşı mübarizədə hamı bir yerdə deyil. Bu isə bir blokun o birinə qarşı onlardan istifadəsini istisna etmir...

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu antivirus Windows-u iflic edir

29 Aprel 2017 07:22

Android smartfonlarının çəkisi artır

29 Aprel 2017 07:12

Latviyanın "Skonto" futbol klubu hərraca çıxarılıb

29 Aprel 2017 07:07

Bağdaddakı partlayışın sifarışçisi məlum oldu

29 Aprel 2017 07:03

Filippində “Əbu Səyyaf”-ın lideri öldürüldü

29 Aprel 2017 06:59

Avstriya prezidentindən islamofobiya ilə mübarizəyə ÇAĞIRIŞ: "Başınızı bağlayın"

29 Aprel 2017 06:43

Bakıda maşın piyadanı vuraraq üzərindən keçib

29 Aprel 2017 06:37

Kolleksiyaçının apartamenti - FOTO

29 Aprel 2017 06:32

"Instagram" istifadəçilərinin sayı 700 milyon nəfərə çatıb

29 Aprel 2017 06:17

Albaniyanın yeni prezidenti bəlli oldu

29 Aprel 2017 05:48

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 05:47

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 05:34

Üç model bir arada - FOTO

29 Aprel 2017 05:32

Məşhur futbolçunun şərəfinə qızıl ayaqqabılar buraxıldı - FOTO

29 Aprel 2017 05:08

Braziliyada etirazçılar prezidentinin evini daşa basdıılar

29 Aprel 2017 04:39

"Şalke" 12 dəqiqəyə 3 qol vuraraq "Bayer"i darmadağın edib

29 Aprel 2017 04:37

Qvadalaharada lüks ev - FOTO

29 Aprel 2017 04:32

Şimali Koreyanın keçirdiyi növbəti raket sınağı uğursuz oldu

29 Aprel 2017 04:28

Qısqanc qadın ona xəyanət edən ərini kişilikdən məhrum etdi - FOTO

29 Aprel 2017 04:05

Monteneqro parlamenti NATO-ya üzvlüyə dair sazişi təsdiq edib

29 Aprel 2017 03:57

Bağdadda partlayış baş verib:

29 Aprel 2017 03:47

Qara şiferli ailə evi - FOTO

29 Aprel 2017 03:32

Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29 Aprel 2017 03:27

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23

FIFA prezidentinə qarşı araşdırma başladı

29 Aprel 2017 03:14

Cəmilənin göbəyiaçıq libası: "Əsəbiləşib belə geyindim" - FOTO

29 Aprel 2017 03:05

İranda Messinin oxşarı - FOTOLAR

29 Aprel 2017 02:44

PPX avtomobili qəzaya uğradı - 1 nəfər yaralandı

29 Aprel 2017 02:38

"Calzedonia"nın yeni kolleksiyası - FOTO

29 Aprel 2017 02:32

"Liverpul" müqavilə yenilədi -

29 Aprel 2017 02:25

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:30

Əməkdar artist xəstəxanaya yerləşdirildi

29 Aprel 2017 01:19

Bakıda məhbus özünü asdı

29 Aprel 2017 01:14

Filippində güclü zəlzələ baş verib

29 Aprel 2017 01:13

Bağdadın mərkəzində partlayış - 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:09

Bağdadda güclü partlayış: 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:08

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:07

Filippində 7,2 bal gücündə zəlzələ

29 Aprel 2017 01:04

Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

29 Aprel 2017 00:52

Xəzərdə zəlzələ oldu

29 Aprel 2017 00:49

"Azərsun" Bakı 2017-nin rəsmi dəstəkçisi oldu -

29 Aprel 2017 00:49

Çimərlikdə hər kəs bu rus gözələ baxdı - FOTO

29 Aprel 2017 00:47

Bu yay alt paltarları altda qalmayacaq - FOTOLAR

29 Aprel 2017 00:38