“CTS-AGRO” MMC cari ildə 12,2 min ton pambıq tədarük edib

“CTS-AGRO” MMC cari ildə 12,2 min ton pambıq tədarük edib
17:14 17 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Ağdam, 17 dekabr, AZƏRTAC
“CTS-AGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2015-ci ildə 12,2 min ton xam pambıq tədarük edib.
MMC-dən AZƏRTAC-a bildiriblər ki, cari ildə Ağdam, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Saatlı, Sabirabad, Salyan, Tərtər, Goranboy və Ucar rayonlarında 9,3 min hektar sahədə pambıq becərilməsi üçün 800-dən artıq fermerlə müqavilə bağlanıb. Müqavilələrə əsasən fermerlərə 4,1 milyon manat avans vəsait verilib. Fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilib.
Gələn il 12 min hektar sahədə pambıq əkini və 24 min ton xam pambıq tədarükü planlaşdırılır. Pambıqçılığın inkişafı üçün fermerlərə aşağı faizlə kredit verilməsi, həmçinin onların Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə mineral gübrələrlə, “CTS-AGRO” MMC tərəfindən isə pambıqyığan kombaynlarla təmin edilməsi ilə əlaqədar iş aparılır. Fermerlərlə bağlanacaq müqaviləyə əsasən pambığın əkilməsi, becərilməsi və yığılması “CTS-AGRO” MMC-nin köməyi ilə həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CTS_AGRO_MMC_cari_ilde_122_min_ton_pambiq_tedaruk_edib-912114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR