Yakutiyada iri almaz tapılıb. Qiymətli daşın çəkisi 105.6 karatdır.
ANS PRESS-in məlumatına görə, almaz “ALROSA” şirkətinə məxsus Yakutiyanın Mirninski rayonunda yataqdan tapılıb. Kristal Ayxal filizsaflaşsdırma kombinatında aşkar edilib.
Səkkizüzlü və sarı rəngli qaş keyfiyyətinə görə, "4 Black Sawables 2 colour" qrupuna aiddir. Kristalın tərkibində cüzi miqdarda oliven, qrafit-sulfid qarışığı da var.
Bu daşın qiyməti ilkin olaraq 2 milyon dəyərində qiymətləndirilir.
Daha öncə 2013-cü il yanvar ayının sonlarında bu şirkət eyni yataqda 145 karatlıq almaz tapmışdı.
Bu il 50 -120 karata qədər çəkiyə malik bir neçə almaz kristalı tapılıb ki, onların içərisində 76.07 karatlıq almaz Böyük Vətən Müharibəsində qələbənin 70 illinə həsr olunub.
Tapılan daha bir almaz - 64.23 karatlıq daş Anqolanın müstəqilliyinə həsr edilib.
Ümumiyyətlə dünyada tapılan ən böyük almaz isə “Afrikanın Ulduzu” adlanır. O, 1905-ci ildə CAR dakı Premier Mine mədənindən tapılıb. Kristalın çəkisi 3106 karat civarında, ölçüsü isə 100x65x50 mm olub. Almaz mədənin sahibinin şərəfinə Tomas Kullin adlandırılıb.