Varşavanın Lazarski Universitetində “Azərbaycan günü” keçirilib

17:58 17 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Varşava şəhərindəki Lazarski Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən Azərbaycanı tanıtmaq və təbliğ etmək, ölkəmizlə bağlı məlumatları xaricdən olan gənclərə düzgün çatdırmaq məqsədilə universitetdə “Azərbaycan günü” adlı tədbir keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 100 nəfərdən çox yerli və xarici tələbə, o cümlədən müəllim-professor heyəti iştirak edib.
Universitetin tələbələri Fəridə Sadıqova, Riyad Quliyev, Aytən Xanbəyli, Kərim Nağıyev və müəllimə Humay Mirzəzadə təqdimatlarla çıxış edərək Azərbaycanın tarixi, qədim və zəngin mədəniyyəti, ölkəmizdə müxtəlif din nümayəndələrinin sülh şəraitində yaşamaları barədə məlumat veriblər. Azərbaycanın son illər ərzində qazandığı uğurlara dair bir neçə videoçarx nümayiş etdirilib, tələbələrin ifasında Azərbaycan milli rəqsindən nümunələr göstərilib.
Tədbirdən sonra iştirakçılar Azərbaycanın milli xörəklərini və şirniyyatlarını dadıblar. Onlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.
Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşlarının iştirak etdikləri tədbirin təşkili üçün diplomatik nümayəndəliyimiz lazımi kömək göstərib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Varsavanin_Lazarski_Universitetinde_Azerbaycan_gunu_kechirilib-912138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR