Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə

Date: 17 December 2015 18:08


Əlahəzrət,
Qətər Dövlətinin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 dekabr 2015-ci il.

Tags:  Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə


RƏYLƏR


Top news