Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“GUAM pəncərələri”nin yaradılması haqqında Azərbaycan tərəfinin təklifi müzakirə olunub

“GUAM pəncərələri”nin yaradılması haqqında Azərbaycan tərəfinin təklifi müzakirə olunub

Date: 17 December 2015 18:14


Bakı, 17 dekabr, AZƏRTAC
GUAM ölkələri arasında qarşılıqlı ticarət çərçivəsində mal və nəqliyyat vasitələrinin sürətli keçidi məqsədilə sərhədlərdəki buraxılış məntəqələrində ayrıca “GUAM pəncərələri”nin yaradılması haqqında Azərbaycan tərəfinin təklifi müzakirə olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu məsələ dekabrın 16-17-də Gürcüstanın Telavi şəhərində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqletməyə Yardım üzrə Rəhbəredici Komitəsinin 23-cü iclasında müzakirə edilib.
Tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda GUAM üzv dövlətləri tərəfindən Ticarətə və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi ilə bağlı görülmüş işlərə dair məlumatlar, mal və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçirilməsi zamanı prosedurların sadələşdirilməsi, GUAM üzv dövlətlərinin ərazilərindən mal və nəqliyyat vasitələrinin tranzitinə yardım barədə GUAM çərçivəsində beynəlxalq sənədin hazırlanması məsələlərinə baxılıb.
Tərəflər sorğu əsasında GUAM üzrə gömrük prosedurlarının modernləşdirilməsi sahəsində qarşılıqlı məsləhətləşmə yardımı göstərməyə hazır olduqlarını bildiriblər. GUAM çərçivəsində ticarətə yardım məqsədilə gömrük-biznes dialoqunun inkişafı üçün Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitənin növbəti iclaslarına xarici iqtisadi fəaliyyət iştirakçılarının dəvət olunması təcrübəsinin davam etdirilməsinin zəruriliyi də qeyd edilib.
İclasda GUAM üzvü olan dövlətlərin sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələrinə münasibətdə gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması barədə GUAM dövlətlərinin gömrük qurumları arasında Protokol layihəsinə dair rəy və təkliflər dinlənilib, Dünya Gömrük Təşkilatının eksperti tərəfindən NCEN (Milli Gömrük Hüquq Mühafizə Şəbəkəsi) xüsusi proqram təminatının işinə dair təqdimat da keçirilib.
Daha sonra GUAM üzv dövlətlərinin sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında 8 iyul 2015-ci il tarixli Protokolun həyata keçirilməsi çərçivəsində mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinin texniki şərtlərinin ən qısa zamanda razılaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Bundan başqa, GUAM üzv dövlətlərin gömrük idarələri arasında qarşılıqlı olaraq tanınmaları məqsədilə GUAM üzv dövlətlərində Səlahiyyətli İqtisadi Operatorlar institutlarının tətbiqinin hazırkı vəziyyəti müzakirə olunub.
Sonda GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin növbəti iclasının 2016-cı ilin birinci yarısında Moldovada keçirilməsi qərara alınıb.


Tags:  GUAM pəncərələrinin yaradılması haqqında Azərbaycan tərəfinin təklifi müzakirə olunub


RƏYLƏR


Top news