Naxçıvan şəhərində Şərq hamamı istifadəyə verilib

Naxçıvan şəhərində Şərq hamamı istifadəyə verilib
18:48 17 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 17 dekabr, AZƏRTAC
Naxçıvan qədim şəhər mədəniyyətinə malikdir. Bu mədəniyyətin izləri qədim tikililərdə və tarixi abidələrdə yaşayır. Vaxtilə Naxçıvan şəhərində inşa olunan zəngin tərtibatlı hamamlar bu gün tarixi-memarlıq abidələri kimi mədəniyyətimizin nadir inciləri sırasına daxil olub. Bu gün də Naxçıvan şəhərində ictimai mədəni xidmət obyektlərinin inşasına xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülən işlərin davamı olaraq dekabrın 17-də Naxçıvan şəhərinin Əlincə məhəlləsində Şərq hamamı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərində yeni istehsal müəssisələri yaradılıb, müasir yollar və körpülər salınıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib. Həmçinin şəhərdəki tarixi abidələr memarlıq elementləri qorunub saxlanılmaqla bərpa olunub. Hazırda şəhərdə yeni parkın salınması işləri davam etdirilir. İstifadəyə verilən Şərq hamamının da bu sahədə görülən işlərin davamı olduğunu bildirən icra başçısı şəhər sakinləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 2014-cü ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə Sərəncam imzalanmış, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” qəbul olunmuşdur. Proqrama uyğun olaraq muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində quruculuq tədbirləri həyata keçirilmişdir. Bu tədbirlər içərisində vacib sahələrdən biri də yeni hamam kompleksinin tikilməsi idi.
Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı qaz, elektrik və su təminatı vardır. Hər bir ailə öz mənzilində lazımi məişət şəraiti yaratmışdır. Lakin Naxçıvanın paytaxt şəhəri olması və burada 10 minə yaxın tələbənin təhsil alması yeni mədəni xidmət obyektinin - hamam kompleksinin tikintisini zəruri edirdi. Yeni hamam kompleksi əhaliyə xidmət göstərməklə yanaşı, həm də memarlıq abidəsi kimi inşa olunmalı, Şərq adət-ənənələri və üslubu qorunub saxlanılmalı idi. Tikinti işləri aparılarkən bu amillər nəzərə alınmış, qədim Şərq adət-ənənələri və üslubuna uyğun yeni hamam kompleksi inşa olunmuşdur.
Ali Məclisin Sədri Şərq hamamında yeni işlə təmin olunanları və gələcək istifadəçiləri təbrik edib, kompleksin tikintisində əməyi olanlara təşəkkürünü bildirib.
Baxış zamanı məlumat verilib ki, Şərq hamamı özünəməxsus memarlıq quruluşu ilə diqqəti cəlb edir. Burada göstərilən xidmətlərdən saatda 100 nəfər istifadə edəcəkdir. Hamam qadınlar və kişilər üçün nəzərdə tutulan iki ayrı bölmədən ibarətdir. Həmçinin burada hamam ləvazimatlarının satışı mağazası və çay evi də fəaliyyət göstərir. Şərq hamamında 15 nəfər işlə təmin olunub.
Həyətdə hər birinin tutumu 25 ton olan 3 su çəni qoyulub, davamlı su təminatı yaradılıb, geniş abadlıq işləri görülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44

"Qarabağ" "İnter"i məğlub etdi

19 Avqust 2017 22:34

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

19 Avqust 2017 22:33

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

19 Avqust 2017 22:32

"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"

19 Avqust 2017 22:27

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

19 Avqust 2017 22:23

Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub

19 Avqust 2017 22:22

VİDEO: Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə...

19 Avqust 2017 22:18

"Qarabağ" "İnter"i məğlub edib

19 Avqust 2017 22:07

İlham Əliyev: “Yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq”

19 Avqust 2017 22:03

Türkiyədə zibil maşınında partlayış

19 Avqust 2017 22:02

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada - YENİ VİDEO

19 Avqust 2017 21:48

"Neftçi" debütanta da uduzdu - VİDEO

19 Avqust 2017 21:47

Kişinin diqqətini cəlb etməyin yolları

19 Avqust 2017 21:42

Prezident: "Kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək"

19 Avqust 2017 21:39

Qadınlar döyüşərsə...- FOTOLAR

19 Avqust 2017 21:33

Azərbaycan Premyer Liqasında debütant "Səbail” flaqmanı məğlub edib

19 Avqust 2017 21:27

Dənizdə boğulmaq üzrə olan 2 şəxs xilas edilib

19 Avqust 2017 21:27

Qızına yetirdikləri xəsarətə görə otel işçilərini tənbeh edən AKTRİSA DÖYÜLDÜ

19 Avqust 2017 21:23

Hindistanda qatarın 6 vaqonu relsdən çıxıb

19 Avqust 2017 21:13

"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik" - Samir Əliyev

19 Avqust 2017 21:07

Qatar relsdən çıxdı: 20 ölü, 150 yaralı

19 Avqust 2017 21:04

Azərbaycanlı gənclərdən MÖHTƏŞƏM İXTİRA - yeni təyyarə - VİDEO

19 Avqust 2017 21:03

Türkiyədə güclü partlayış

19 Avqust 2017 20:58

"Problemimiz psixologiya ilə bağlıdı" - Elxan Abdullayev

19 Avqust 2017 20:47

"Mançester Yunayted" rəqibini 4 qolla məğlub etdi

19 Avqust 2017 20:45

Bu il sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan uşaqların sayı açıqlanıb

19 Avqust 2017 20:42

Türkmənistanda spirtli içkilərin satışı qadağan edildi

19 Avqust 2017 20:33

İspaniyada “erməni soyqırımı” iddiaçısı olan türk yazıçı tutuldu

19 Avqust 2017 20:29

Hindistanda qatar reysdən çıxdı - ölanlərin sayı 20-ə çatdı

19 Avqust 2017 20:28

Sürücünü tapança ilə hədələyən şəxslə bağlı

19 Avqust 2017 20:19

Tanınmış müğənninin sevgilisi 3 aylıq hamilədir - FOTOLAR

19 Avqust 2017 20:18

Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

19 Avqust 2017 20:17

"Neftçi"nin baş məşqçisini istefaya səslədilər

19 Avqust 2017 20:17

Sızanaqları yox edən təbii maskalar

19 Avqust 2017 20:08

Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ, İrəvan üçün qaçılmaz SONLUQ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

19 Avqust 2017 20:03

Güclü külək festival çadırını uçurdu

19 Avqust 2017 19:52

Atmosferi çirkləndirən sürücülər cərimələndi

19 Avqust 2017 19:49

Təcavüz olunan müğənni 250 milyon izləyicisi ilə vidalaşmadan ayrıldı

19 Avqust 2017 19:48

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb, 7 nəfər xəsarət alıb

19 Avqust 2017 19:47

Sabaha olan hava proqnozu

19 Avqust 2017 19:36