Dini radikalizmə, ekstremizmə qarşı mübarizədə gənclər fəallıq nümayiş etdirməlidirlər

Dini radikalizmə, ekstremizmə qarşı mübarizədə gənclər fəallıq nümayiş etdirməlidirlər
18:49 17 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakı, 17 dekabr, AZƏRTAC
Dindən siyasi məqsədlər üçün istifadə edildikdə radikal cərəyanlar yaranır. Buna görə də dindən siyasi məqsədlərlə istifadə olunmamalı, radikalizmlə ciddi mübarizə aparılmalıdır. Dini radikalizmə, ekstremizmə qarşı mübarizədə gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövləti Komitəsinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkil etdikləri “Gənclər dini radikalizmə və ekstremizmə yox deyir” mövzusunda konfransda səsləndirilib.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov konfransı açaraq mövzunun aktuallığını qeyd edib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dini icmalar arasında heç bir ziddiyyət yoxdur. Dövlət-din münasibətləri yüksək səviyyədədir.
Komitə sədri deyib ki, İslam dini Quranda yazılanlara söykənməlidir. Ənənəvi İslam əslində İslam dininin ilkidir. Sonralar kimlərsə onu öz maraqları üçün yozublarsa, müəyyən qanunlar çıxarıblarsa, bu, hər bir xalqın öz inkişaf yoluna uyğun olub. Milli İslam dini yaratmaq olmaz.
Azərbaycanda əhalinin 96 faizinin müsəlman olduğunu deyən M.Qurbanlı qeyd edib ki, heç də hamı İslamın vacib şərtlərini yerinə yetirmir. Bu şərtləri yerinə yetirmək üçün dövlətin qanunlarında məcburedici normalar yoxdur. Bizdə bu məsələdə könüllülük prinsipi mövcuddur.
Komitə sədri xatırladıb ki, 1990-cı illərdə bəzi dairələr qaçqın və məcburi köçkünlərə yardım etməklə bərabər, Azərbaycanda məscidlər tikib və müəyyən təbliğati işlər aparıblar. Ölkəmizdə ənənəvi şiəliyin müxtəlif mərasimlərini radikal şiəliyin mərasimləri səviyyəsinə qaldırmaq istəyiblər. İmam Hüseynin əzadarlığı əvvəllər də keçirilib. İndi bunu güc nümayişi adı altında etmək niyyətlərini görürük. Əvvəllər xarici ölkələrdən hətta nümayəndələr gəlib bunu idarə edirdilər. Bu, təhlükəli idi. Dövlət, hökumət bu cür məsələlərə biganə qala bilməzdi.
M.Qurbanlı vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir. Bu yaxınlarda Nardaranda baş verən hadisələr zamanı müəyyən qüvvələr Azərbaycanın dünyəvi dövlət idarəçiliyinə zidd əməllər nümayiş etdirirdilər. Harada görünüb ki, seçki yolu ilə formalaşmayan qurumlar bütöv bir kəndin adından çıxış etsin? Yalnız Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fətva verə bilər. Həm də bu fətva tövsiyə xarakteri daşıyır, ona əməl etməmək də olar. Ancaq qanunlara mütləq əməl edilməlidir.
Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur. Gənclərimiz tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdırlar. Təhlükəli dini cərəyanların yayılması qadağandır. Bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə böyük vəzifə düşür. KİV-lər də bu işlərdən kənarda qalmamalıdırlar. Azərbaycan gəncliyi vətənpərvər, dövlətçiliyə sadiqdir. Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar istəklərinə nail ola bilməyəcəklər. Gənclərimizin dini ekstremizmə və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk.
Dini xurafata qarşı mübarizədə təhsilin böyük önəm daşıdığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, Gənclər Fondunun növbəti qrant müsabiqəsində dini radikalizmə qarşı mübarizə istiqamətinə də yer ayrılacaq.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf və digərləri çıxış edərək gənclərin dini xurafata, dini radikalizmə qarşı mübarizədə fəallıq nümayiş etdirmələrinin önəmini vurğulayıblar.


OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İstanbulda atışma - 3 yaralı

30 Mart 2017 03:19

Altı diplomat narkotikə görə işdən qovuldu

30 Mart 2017 03:04

Meksikada neft terminalında yanğın - 17 nəfər...

30 Mart 2017 02:58

Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər

30 Mart 2017 02:34

Gədəbəydə bıçaqlanma hadisəsi

30 Mart 2017 02:33

Möhtəşəm Adriana - FOTO

30 Mart 2017 02:32

Şəki sakini intihar edib

30 Mart 2017 02:30

Astroloji proqnoz - 30 mart

30 Mart 2017 02:18

Buenos Ayresdə Novruz bayramı qeyd olundu - FOTO

30 Mart 2017 02:08

İvanka Tramp atasının xüsusi müşaviri olacaq

30 Mart 2017 01:54

“Elektron ipoteka” sistemi “Elektron hökumət”ə qoşuldu

30 Mart 2017 01:50

Gəncə və Goranboyda yol qəzaları baş verib

30 Mart 2017 01:48

Bağdadda partlayış:

30 Mart 2017 01:36

"Balmain"dan yeni kolleksiya - FOTO

30 Mart 2017 01:32

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32

Hamilə qalmaq istəyənlər içsin - XÜSUSİ RESEPT

29 Mart 2017 23:32

"Yuventus"un futbolçusu üçün mövsüm bitdi

29 Mart 2017 23:32

Trampın reytinqi düşməyə davam edir -

29 Mart 2017 23:26

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19