Azərbaycan alimi Böyük Britaniyada yüksək mükafata layiq görülüb

Azərbaycan alimi Böyük Britaniyada yüksək mükafata layiq görülüb
19:48 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Kinematoqrafiya tarixinin ən yaxşı filmi seçildi (09 İyun 2017 19:33)
Britaniyada səsvermə başa çatdı (09 İyun 2017 01:29)
Məşhur qapıçı "Qızıl top" mükafatını qazandı (31 May 2017 16:57)


London, 17 dekabr, AZƏRTAC
Avropanın elmi-mədəni, ictimai-siyasi həyatında fəal iştirak edən Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynovun əməyi Böyük Britaniyada yüksək mükafatla qiymətləndirilib.
Onun son 15 ildə Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq hazırladığı çoxsaylı məruzə və sənədlər, etdiyi çıxışlar, eləcə də Avropanın bir sıra aparıcı elmi mərkəzlərində keçirilən konfrans və simpoziumlardakı məruzələri, 30-a yaxın dildə dərc edilən tədqiqi məqalə və kitabları qitədə demokratik dəyərlərin inkişafı, intellektual irsin tərəqqisinə töhfə kimi qiymətləndirilib.
“Avropa evi” quruculuğu istiqamətində xidmətləri nəzərə alınaraq akademik Rafael Hüseynov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəsmi qeydiyyatında olan “Birləşmiş Avropa Mükafatı” prizi və medalı ilə təltif edilib.
Avropa Rektorlar Klubu, Avropa Biznes Assambleyası və Avropa Akademiya İttifaqının təşkilatçılığı ilə Oksford şəhərində keçirilən mükafatlandırma mərasimində akademik Rafael Hüseynov xüsusi təltif nitqi ilə çıxış edərək deyib: “Hər canlının bir yuvası, hər insanın öz evi olur. Amma bizim hamımızın müştərək yuvamız bu balaca, qayğıkeş, gözəl Yer kürəsidir. Yüz il əvvəl, 2 əsr qabaq, 500 il öncə Yer kürəsi indikindən daha böyük idi. Yəni, əslində 100 il qabağa, 2 əsr əvvələ, 500 il öncəyə nisbətən Yer kürəsi nə həcmcə, nə çəkicə dəyişib. Artan sürətlərdir, sıxlaşan əlaqələrdir, texniki tərəqqinin yüksələn səviyyəsidir. Məhz bunlar ölkələr və xalqlar arasındakı məsafələri qısaldıb, yaxınlaşmanı artırıb, zamanı daha yeyin edib. Ona görə, sanki dünyamız da əsrdən-əsrə, ildən-ilə kiçilir, yığcamlaşır, insanlarda bir-birilərinin qonşusu, yaxını olmaq təsəvvürləri də tədricən daha artıq dərinləşir. Sonsuz Kainatda üzən Gəmimizə - Yer kürəsinə “qayğıkeş” dedim və bu əsassız deyil. Gözəllik qanunları ilə yaradılmış Yer kürəsi bu nəhəng Evin başda insan olmaqla hər sakininin, hər canlının rahat, ehtiyacsız, tox, firavan yaşaya bilməsi üçün hər şeyi tədarük edib. Bəs bizə bu cür nəvazişkar münasibət bəsləyən Yerimizi necə qoruyuruq, onun qayğıkeşliyinə xeyirxah, qurucu əməllərimizlə layiqincə cavab veririkmi? Zənnimcə, “Birləşmiş Avropa Mükafatı”nın aşıladığı ilk həqiqət məhz insanı bu sual ətrafında düşünməyə dəvət etməkdir. Necə edək, nələri edək ki, dünyamız və Avropanı daha artıq qoruya, daha çox inkişaf etdirə, daha çox qayğı ilə əhatə edə bilək? Son bir neçə əsrdə dünyanın siyasi, iqtisadi, intellektual, mədəni həyatında Avropanın tutduğu aparıcı mövqe şəksizdir. Avropa lap çoxdan dünyanın mərkəzi olmaq vəzifəsini yerinə yetirməkdədir. Birləşmiş Avropa bu gün dünyada əsas söz sahiblərindənir və həmin birləşmə qüvvətləndikcə bu sözün kəsəri də, söz yox ki, artacaq. İnsanları bir-birilərinə ən çox birləşdirən və bir-birilərindən də ən çox ayıran xüsusiyyət sərvətləri əldə etmək və bölüşmək istəydir. Lakin elə sərvətlər də var ki, onları əldə etmək də, bölüşdürmək də həmişə insanları yalnız birləşməyə, yaxınlaşmağa aparır. Bu sərvətlər elmdir, təhsildir, mədəniyyətdir, ali mənəvi ideallardır. Biz ortaq evimiz olan Avropanı, müştərək yuvamız olan dünyanı daha gözəl, daha yaşamalı etmək istəyiriksə, səylərimizi həmin sərvətləri artırmağa, o dəyərləri inkişaf etdirməyə yönəltməliyik ki, məhz onlar bölüşdürdükcə artır, insanları, xalqları, dövlətləri bir-birilərindən ayırmağa yox, əksinə, daha sıx birləşdirməyə, həmrəy, həmfikir olmağa səfərbər edir. 2001-ci ildən bəri mən Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq bir sıra məruzələr hazırlamışam və həmin məruzələrlə bağlı qəbul edilmiş qətnamələrdəki tövsiyələr Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 47 üzv ölkəyə icra üçün yönəldilib. Ümumavropa problemlərinə həsr edilmiş “Avropada ali təhsil məkanının coğrafi ümumiliyi və beynəlxalq açıqlığı”, “Avropada qaçqın və məcburi köçkünlərin təhsili”, “Avropada jurnalistlərin peşəkar təhsili və treninqi”, “Avropada hərbi münaqişələr və ətraf mühit”, “Etiqad azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış” və digər belə araşdırmaların məqsədi Avropanın daha artıq bütövləşməsi, daha möhkəm birləşməsinə nail olmaqdır”.
Akademik R.Hüseynov nitqində Azərbaycan mövzusuna da yer ayıraraq deyib: “XII əsrdə Azərbaycanın o dövrlərdə bütün mədəni aləmdə məşhur olan, qadın hüquqlarının qorunması və azadfikirlilik baxımından dünya tarixində silinməz izlər qoyan, çox mütərəqqi bir qadın yaşayıb - mütəfəkkir şairə, musiqiçi, şahmatçı, səyyah olan Məhsəti Gəncəvi. Onun haqqında yazdığım monoqrafiya Avropanın 20-dən çox dilinə tərcümə edilib. Bunun da “Birləşmiş Avropa” anlayışı baxımından məntiqi var. Çünki əslən Azərbaycandan çıxsa da, bu 900 yaşlı dahi qadının mahiyyət etibarilə köhnəlməz olan düşüncə və duyğuları, indi də müasir səslənən ümumbəşəri çağırışları bütün Avropaya və bütün dünyaya məxsusdur. Demək, onun haqqında yazılan əsərin də, onun özünün ədəbi və fəlsəfi yadigarlarının da daha çox Avropa dillərinə tərcüməsi nəticə etibarilə Avropanın bütövləşməsinə, bütünləşməsinə xidmət edir. Bütün bunlar bir daha nümayiş etdirir ki, biz yalnız içərisində yaşadığımız dar coğrafiyada deyil, bütün Avropa ərazisində, bütün tarix boyu yaradılmış irsin bərabərhüquqlu sahibiyik. Təbii ki, bunları bölüşməyə, əldə etməyə, bu minvalla da daha artıq bütövləşməyə durmadan can atmalıyıq”.
Nitqinin sonunda Azərbaycan alimi 40-a yaxın ölkənin nümayəndələrinin qatıldığı tədbirin iştirakçılarını daha sağlam Avropa Evi quruculuğu naminə ortaq dəyərlər ətrafında daha sıx birləşməyə çağırıb: “Böyük alman filosofu Hegel yazırdı: “Zəiflər birləşirsə güclü, güclülər birləşəndə məğlubedilməz olurlar”. Biz zəiflərdən yox, güclülərdənik. Hamımızın rəmzi Vətəni olan Qitəmiz də müasir dünyanın önündə gedən möhtəşəm güclərdəndir. Amma əlbəttə ki, sadəcə güclü olmaqdansa, daha güclü, yenilməz, məğlubedilməz olmaq qat-qat əhəmiyyətli və şərəflidir. Daim elə dəyərlər, elə sərvətlər, elə ideallar ətrafında birləşmək uğrunda mübarizə aparaq ki, ortaq evimiz saydığımız Avropa indikindən xeyli bütöv, yenilməz, məğlubedilməz olsun! Mükafata görə ən dərin təşəkkürlərimi qəbul edin! Bu günədək gördüyüm işləri isə, sadəcə, gələcəkdə görəcəyim daha mühüm, daha böyük işlər üçün müqəddimə hesab edin!”.
Akademik Rafael Hüseynovun ona “Birləşmiş Avropa Mükafatı” prizi və medalının təqdim edilməsi mərasimindəki nitqi maraqla qarşılanıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

BMW-dən böyük hetçbək - FOTO

25 İyun 2017 19:37

Millimizin futbolçusu "Göztəpə"yə keçir - SON DURUM

25 İyun 2017 19:37

Xəzərdə batan şəxs xilas edilib

25 İyun 2017 19:36

Məşhur xanım Dubayda dincəlir - FOTO

25 İyun 2017 19:32

Məşhur mağara kompleksi İŞİD-dən geri alındı

25 İyun 2017 19:29

Moskvada izdiham: 250 min müsəlman bayram namazı qılıb

25 İyun 2017 19:27

İldönümü üçün Cayenne düzəltdi - FOTO

25 İyun 2017 19:27

Hər gün 15-20 dəqiqə sürətlə gəzin

25 İyun 2017 19:22

"Formula 1" Azərbaycan Qran Prisində -

25 İyun 2017 19:21

Cocuq Mərcanlıda 7960 ədəd qəlpə, 1 ədəd tank əleyhinə raket aşkarlanıb

25 İyun 2017 19:17

Hamiləlik testi mobil telefonla yoxlana biləcək

25 İyun 2017 19:17

"Onun milliyə yaramadığını deyənlər başdanxarablardı"

25 İyun 2017 19:17

Müğənniyə gül vermək üçün səhnəyə lüt çıxdı - FOTOLAR

25 İyun 2017 19:14

Antibiotiklər eşitmə itkisinə səbəb ola bilər

25 İyun 2017 19:12

“Toro Rosso”, “Sauber” və “Force India”nın pilotları Bakıda azarkeşlərlə görüşüblər - FOTO

25 İyun 2017 19:12

Bakıda iş qurmaq istəyən qadınlara külli miqdarda pul “atdılar”

25 İyun 2017 19:09

Dünya alimlərindən şok elmi nəticə: xoşbəxt olmağa çalışmaq insanı bədbəxt edir

25 İyun 2017 19:05

Təyyarə QƏZASI: pilot öldü

25 İyun 2017 19:05

Ramazan bayramı namazı necə qılınır?

25 İyun 2017 19:05

Attraksiondakı nasazlıq gənc qızı ölümlə üz-üzə qoydu - QORXUDOLU ANLAR - VİDEO

25 İyun 2017 19:03

"Neftçi"nin braziliyalısı nə vaxt gələcək? - SON DURUM

25 İyun 2017 18:57

Soğan qabığını atmayın -

25 İyun 2017 18:55

Terrorun iyrənc üzü: oyuncaq-partlayıcı işə düşdü, 6 uşaq pldü

25 İyun 2017 18:49

Maşını aşırdı, öldü

25 İyun 2017 18:47

Bakıda gözəllik salonlarında qadınlara qarşı CİNAYƏT

25 İyun 2017 18:44

Təyyarə QƏZASI - Pilot öldü

25 İyun 2017 18:43

Funda: "Evimdə işgəncə otağı var"

25 İyun 2017 18:42

80 yaşlı nənənin qoluna qandal vurub polis bölməsinə apardılar - FOTO

25 İyun 2017 18:42

Dmitri Kozak: “Rusiya ilə Azərbaycan dost dövlətlərdir”

25 İyun 2017 18:42

Şerzinger və “The Black Eyed Peas” in Bakı konsertindən YENİ FOTOLAR

25 İyun 2017 18:37

Formula 1: Serxio Peres və Kimi Raykonnen yarışı erkən tərk ediblər

25 İyun 2017 18:32

Səmra: "Mənim etdiklərimi kimsə edə bilməz"

25 İyun 2017 18:32

Qahirədə güclü yanğın -

25 İyun 2017 18:29

Formula 1-in Bakı finalında yarışla erkən vida

25 İyun 2017 18:17

Ataya dəfn etdiyi oğlundan zəng gəldi

25 İyun 2017 18:17

“www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə çatdırıldı

25 İyun 2017 18:09

"Səbail" neçə futbolçuyla başlayacaq? - AÇIQLAMA

25 İyun 2017 18:07

Polisə 300 min təklif edən azərbaycanlı biznesmeni 12 ilədək həbs gözləyir

25 İyun 2017 18:05

Formula 1-də 3 bolid mübarizəni dayandırdı

25 İyun 2017 18:05

Formula 1: Azərbaycan Qran-prisində 3 pilot mübarizəni dayandırıb

25 İyun 2017 17:57

Bakıda Formula 1 üzrə yarışda 3 bolid mübarizəni dayandırıb

25 İyun 2017 17:55

Pakistanda bomba-oyuncaq partladı: 6 uşaq öldü

25 İyun 2017 17:52

Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında -

25 İyun 2017 17:50

"Formula-1": Üç pilotdan erkən vida

25 İyun 2017 17:49

Hindistanda FACİƏ: 7 ölü

25 İyun 2017 17:47

"Nə edim, gedim indi özümü asım?"

25 İyun 2017 17:47

Britaniyalı qonaq: Bakının belə gözəl və müasir şəhər olduğunu gözləmirdim

25 İyun 2017 17:43

Qarnını laqonda ilə doğradı, vəziyyəti ağırdır

25 İyun 2017 17:37

Rusiyanın futbol yığmasına qarşı MÜDHİŞ İDDİA

25 İyun 2017 17:34

Prezident və ailəsi Formula 1-i izləyir - FOTOLAR

25 İyun 2017 17:33