Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaranda yeni dini icma yaradılır (VİDEO)

Nardaranda yeni dini icma yaradılır (VİDEO)

Date: 17 December 2015 19:51

Nardaranda dini icmaların yaradılması istiqamətində iş aparılır.

ANS TV-nin məlumatına görə, ölkədə son vaxtlar cərayən edən hadisələr onu göstərdi ki, dinlərdən siyasi məqsədlər üçün istifadə edildikdə, radikal cərəyanlar yaranır. Məhz bu cür hadisələri təkrarlanmaması məqsədilə hazırda Nardaran qəsəbəsində dini icmaların yaradılması istiqamətində iş aparılır.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Gənclər dini ekstremizmə və radikalizmə yox deyir” adı altında keçirilən konfransda bu məsələyə toxunan komitə sədri vurğulayıb ki, məscid varsa, orda mütləq dini icma da olmalıdır: “Nardaranda fəaliyyət köstərən məscidlərdə dini icma yaradılmayıb. Yalnız bir - Cümə məscidi zamanında qeydiyyatdan keçibdir. Sonradan təkrar qeydiyyatdan keçməli idi, lakin keçməyib. Hazırda Cümə məscidində yeni icmanını yaradılması istiqamətində iş aparılır”.

Mübariz Qurbanlı vurğulayıb ki, 2016-cı ilin əvvəllərində qəsəbədə dini icma tam formalaşdırılacaq və yalnız bundan sonra məscidlər fəaliyyətlərini davam etdirə biləcəklər.

“Gənclər dini ekstremizmə və radikalizmə yox deyir” mövzulu konfrans YAP Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbiridir.

Mübariz Qurbanlı tədbiri keçirməkdə əsas məqsədin gənclərin dini baxımdan düzgün istiqamətləndirilməsinə diqqət çəkmək olduğunu bildirib.

O, deyib ki, biz öncə azərbaycançı sonra ümmətçiyik. Ölkəmiz dinə yox, dini xurafata qarşıdır.


Tags:  Nardaranda yeni dini icma yaradılır VİDEO


RƏYLƏR


Top news