Bakının mərkəzində bağlanan dükanlar- FOTO

Bakının mərkəzində bağlanan dükanlar- FOTO
21:13 17 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində yaşayış binası yanır (10 Aprel 2017 17:00)
Bakının mərkəzində BİNA YANIR - FOTO (10 Aprel 2017 15:17)

Alıcı gəlməyəndən, malı almayandan sonra bu dükanı saxlamağın nə mənası var? Əslində, keçən qışdan bu vəziyyətdəydik. Birtəhər bir neçə ay dözdük. Ancaq son vaxtlar elə vəziyyət yaranmışdı ki, satıcılara maaşı ödəyə bilmirdim. Yığışdıq, qərar verdik ki, bağlanaq".

Milli.Az azadliq.org-a istinadən bildirir ki, bunu Bakının mərkəzində 10-15 gün əvvələ qədər mağaza işlədən sahibkar deyir. Adını çəkmək istəmir, "onsuz da depressiyadayam, tanış-bilişdən də qaçıram, başqa heç nə danışmaq idtəmirəm" deyir.

Son vaxtlar şəhərin mərkəzində icarəyə verilən mağazalar kimi üstündə elanlar asılmayan, yəni tamamilə bağlanan mağazaların da sayı artıb. Xüsusilə, Azərbaycan prospektində, metronun "Sahil", "İçərişəhər" stansiyaları ətrafında əvvəllər də elə çox alıcısı olmayan mağazalar indi qapını bağlayıb. Bəziləri tamam qıfıllı, bəziləri köç ərəfəsindədir. Əvvəllər bu mağazalarda xaricdən, əsasən də, Türkiyədən gətirilən pal-paltar, məişət əşyaları, uşaq oyuncaqları, dəftərxana ləvazimatları satılırdı.

Mərkəzi Univermağın sağ tərəfindəki 5-6 mağazadan üçü bağlıdır. Azərbaycan prospektində vaxtilə bahalı mallar satılan mağaza isə sonuncu dəfə böyük endirim edəndən sonra bağlanıb. Endirim yazısı hələ də dükanın şüşələrini bəzəyir.

Elə bu küçədə əvvəlcə paltar, sonradan qab-qaşıq, indi isə, özü demişkən, nə gəldi satan satıcı Famil deyir ki, gün-gündən gəlirlər azalır. Familin sözlərinə görə, "varlı qonşularından" bir neçəsi görəndə ki, əvvəlki kimi qazanmırlar, qapını bağlayıb gediblər:

"Düzdür, bizim dükan onlar kimi bahalı mallar satmırdı. Ancaq indi ərzaq mallar satmaq sərfəlidir".

Satıcı deyir ki, bu küçələrdəki mağazaların bir kvadratmetrinin icarə haqqı on min manatlarla ölçülür:

"Gəlir də əvvəlki kimi gəlməyəndə adam başlayır narahat olmağa. Möhkəm ticarətçilər çıxış yolu axtarır, əsəbləri dözməyənlər birdəfəlik bağlayır".

"Buralar bahalı yerlər idi. Ancaq aşağıda, məsələn, Neftçilər prospektindəki mağazalar kimi də lap bahalı deyildi. Sahibləri ortabab, "şişməmiş" adamlar idi. Ona görə üzüsulu bağlayıb gedirlər. O bahalılarla özümüzü müqayisə eləyə bilmərik. Onların arxasındakılar elə adamlardır ki, onları heç satış maraqlandırmır da. Ancaq bu gündən gec-tez, yəqin, onlar üçün də olacaq" - bunu da adını çəkmək istəməyən, dükanı bağlanmış sahibkar deyir.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun fikrincə, hazırda mərkəzdəki mağazaları işlətmək elə də asan olmadığından sahibləri bağlamaq yolunu seçir:

"İndi brend mağazaların bəziləri bağlanır. Bu, gəlirlərin azalması ilə əlaqədardır. Dövriyyə azalıb, işlətmək çətinləşib. İşlətmək sərf eləmədiyindən bahalı mağazalar boşalır. Yəqin ki, həmin mağazaların satışı da, kirayəsi də ucuzlaşacaq. Ucuzlaşandan sonra onlara müştəri tapılacaq. Həm də bir növ asan qazanılan pullar idi. Bu gün neft pullarında bir az məhduddiyyətlər yaranıb. Ona görə də o mağazaların işləməsində çətinlik yaranıb. "
Azərbaycan Sahibkarlar Konfederasiyası baş katibinin müavini Mehman Mehmanov sahibkarların indi çətin duruma düşməsini bu günün işi saymır. Onun fikrincə, bəzi mağaza sahiblərinin çətin günləri ilin əvvəlində manatın devalvasiyasından sonra yaranıb:

"Dolların məzənnəsi bahalaşandan sonra malların gətirilməsində müəyyən problemlər yaranıb. Gətirilən malların qiymətində artım müştəriləri azaltdı. Eşidirəm ki, müştəri olmadığından, ticarət dövriyyəsi lazımi tələblərə cavab vermədiyindən bəzi mağazalar bağlanır. Eləsi də olur ki, icarəyə götürür, həmin icarə haqqını ödəyə bimədiyi üçün bağlanır. İndi mazağaların çoxu çətinliklə işləyir".

Qıfıllı mağaza sahiblərindən biri isə deyir ki, gələn ilin əvvəlindən daha çox mağaza bağlanacaq: "Gələn il lap çox olacaq".
Milli.Az









RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47

Qulaq ağrısına qarşı təbii üsul

29 Aprel 2017 23:47

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

29 Aprel 2017 23:42

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

29 Aprel 2017 23:42

Bu qızı geyiminə görə yarışa buraxmadılar

29 Aprel 2017 23:40

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO

29 Aprel 2017 23:32

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

29 Aprel 2017 23:32

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

29 Aprel 2017 23:29

Gizlətdiyi sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

29 Aprel 2017 23:27

Lincoln-dan yeni Navigator - FOTO

29 Aprel 2017 23:27

Göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğradı

29 Aprel 2017 23:23

Hind qızları palçığa batan avtobusu dartıb çıxardılar

29 Aprel 2017 23:22

Erməni Kardaşyan Meksika kurortunda - FOTO

29 Aprel 2017 23:22

Namazın vacib olmasının sirri

29 Aprel 2017 23:22

Shamkir Chess-2017: 8-ci tur bitdi

29 Aprel 2017 23:22

Acınacaqlı durumda idilər, sonra isə bu yolla varlandılar

29 Aprel 2017 23:22

iPhone-nu sıradan çıxarmağın yeni üsulu aşkarlanıb - VİDEO

29 Aprel 2017 23:17

Havada baş verənlər: Stüardessanın şok etirafları – FOTO

29 Aprel 2017 23:17

Sərnişin təyyarəsi radarlardan itdi

29 Aprel 2017 23:14

Evliliyin möhkəm olması üçün nəzərə alınmalı şərtlər

29 Aprel 2017 23:12

"Bavariya" Bundesliqanın qalibi oldu

29 Aprel 2017 23:06

Kubada təyyarə yoxa çıxdı: 39 nəfər itkin düşüb

29 Aprel 2017 23:05

"Qadın gözəl qoxumalıdır" - Adnan Oktarın "gediciyi" - FOTO

29 Aprel 2017 23:05