Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadının şalvar geyməsi icazəlidir yoxsa haramdır?

Qadının şalvar geyməsi icazəlidir yoxsa haramdır?

Date: 17 December 2015 21:17

Şəriətdə qadının geyimi üçün müəyyən vacib şərtlər nəzərdə tutulub. 
Milli.Az islam.az-a istinadən bildirir ki, qadının geyimi şəriətin icazə verdiyi üzvlər istisna olmaqla bütün bədəni örtməli, bədənin cizgilərini göstərəcək dərəcədə dar olmamalı, bədənin rəngi görünəcək dərəcədə şəffaf olmamalı, başqalarının nəzər-diqqətini cəlb edəcək qədər alabəzək və rəngarəng olmamalıdır. Bu şərtlər daxilində istənilən libasın geyilməsi şəriətə görə icazəlidir. Şalvar da əgər bu şərtlərə uyğun olarsa, geyilməsində maneə yoxdur. Təəssüf ki, bir çox hallarda qadınlar (qızlar) dar və cəlbedici şalvarlardan istifadə edirlər ki, dinimiz buna icazə vermir. Qadın şalvarın üstündən ən azı dizinə kimi bədənini örtən və yuxarıdakı şərtlərə cavab verən başqa libas geyinməlidir.
Milli.Az


Tags:  Qadının şalvar geyməsi icazəlidir haramdır


RƏYLƏR


Top news