Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda partlayıcı oyuncaqlar müsadirə edildi (FOTO)

Bakıda partlayıcı oyuncaqlar müsadirə edildi (FOTO)

Date: 17 December 2015 23:31

Dekabrın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Buzovna, Əmircan, M.Ə.Rəsulzadə qəsəbələrində və Xırdalan şəhərində reydlər keçirilib.

ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyi Azərbaycanda Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışının qarşısını almaq üçün mübarizə tədbirlərini gücləndirib.

Bu məqsədlə təşkil olunan reydlər zamanı səyyar ticarətlə məşğul olan Ravil Ağayevdən, Şirvan Əsədovdan, Xəlil Hacıyevdən və Altay Rəhimovdan ümumilikdə 3132 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb. Hazırda Bakıda və rayonlarda bu cür maddələrin satışı və istifadəsi ilə bağlı reydlər davam etdirilir.


Müsadirə olunan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar

Bu barədə ANS PRESS-ə məlumat verən DİN-nin Mətbuat Şöbəsnin Rəis müavini Ehsan Zahidov bildirdi ki, yüksək səs effektinə malik pirotexniki məmulatların satışı qanunla yolverilməzdir. İnsanlarda narahatlıq doğurmayan, yüksək səs effektinə malik olmayan məmulatların satışına isə heç bir qadağa qoyulmayıb.

İqtisadçı Nicat Hacızadənin sözlərinə görə, uzun illərdir bu tipli məmulatların satışı qadağan edilsə də, təəssüf ki, tam olaraq yığışdırılmayıb. Bəzi işbazlar qeyri-qanuni yollarla bu məhsulları Azərbaycan bazarna gətirir.

Xüsusilə Asiya ölkələrindən, Çindən gətirilən bu maddələr əlamətdar günlərdə istifadə olunur. Ona görə də, bununla bağlı hər il mütəmadi monitorinqlər aparılmalı, cərimələr tətbiq edilməlidir.

Tags:  Bakıda partlayıcı oyuncaqlar müsadirə edildi FOTO


RƏYLƏR


Top news