Teleaparıcı Elnarə: "Sevgilimdən təbriki gecə aldım" - FOTO

Teleaparıcı Elnarə: "Sevgilimdən təbriki gecə aldım" - FOTO
23:32 17 Dekabr 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün teleaparıcı Elnarə Təhməzovanın doğum günüdür.

Milli.Az publika.az-a istinadən bildirir ki, teleaparıcı gecə saat 12-dən sürprizlərlə qarşılaşdığını deyib:

"Ad günüm gecə 12-də başladı. Dostlarım saat 12 adı ilə məni evdən apardılar. Bir də evə gələndə saatın 5 olduğunu görmüşəm. Telefonumu söndürüb yatmışam. Yuxudan durub mobil telefonumu açanda saysız mesaj gəldi. Bu tamam ayrı sevincdir. "Facebook"da da çoxlu təbrik almışam. Bu sevgi və diqqətə görə hər kəsə təşəkkür edirəm".

Elnarə Təhməzova sevdiyi şəxsdən gözlədiyi və arzuladığı hədiyyəni aldığını da etiraf edib:

"Sevdiyim şəxsdən də təbriki elə gecə saat 12-də aldım. Dostlarımla hamımız bir yerdə idik. Ondan 101 gül çələngi və ən dəyərli hədiyyəmi aldım. Tortumu da elə axşam hamı ilə birlikdə kəsdik".

Yenicə xala olan teleaparıcı ad gün üçün hazırladığı planın təxirə düşdüyünü də bildirib:

"Əslində, ad günümü Bakıda qeyd etməyəcəkdim. Amma 2 gün əvvəl bacımın qızı dünyaya gəldi. Məni xala etdilər. Yeni dünyaya gələn körpəmizə görə ailəmizlə baş tutacaq səfər planımız təxirə düşdü. Mən onu tək qoyub heç yana gedə bilməzdim. Ürəyimiz onun yanında qalacaqdı".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/391148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR