Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Evian mətbuatı İsmayıllı rayonu ilə əməkdaşlıqdan yazır

Date: 18 December 2015 00:13


Paris, 18 dekabr, AZƏRTAC
İsmayıllı şəhər nümayəndə heyətinin Fransanın Evian-le-Bən şəhərinə səfəri yerli mətbuatda geniş işıqlandırılıb.
Evian televiziyasında iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasının imzalanmasına dair veriliş yayımlanıb. Verilişdə şəhərlər arasındakı oxşar cəhətlərdən danışılıb.
Yazılı mətbuatda artıq qüvvəyə minmiş xartiya haqqında məlumat verilərək, xartiyanın əsas məqsədinin iki şəhər arasında dostluq əlaqələrinin dərinləşdirilməsi olduğu bildirilir.
Həmçinin, Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Evianda təşkil olunmuş “Azərbaycan günləri”nin uğurları qeyd edilir.
Evian radiosu ilə yayımlanan veriliş İsveçrənin bir çox şəhərlərində də dinlənilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Tags:  Evian mətbuatı İsmayıllı rayonu əməkdaşlıqdan yazır


RƏYLƏR


Top news