Azərbaycandan sonra Türkiyə bankı Rusiyanın hədəfində (VİDEO, FOTO)

Azərbaycandan sonra Türkiyə bankı Rusiyanın hədəfində (VİDEO, FOTO)
08:51 18 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtı Moskvada Türkiyəyə məxsus "Garanti bank"da axtarışlar barədə bəzi təffərruatlar bəlli olub.

ANS PRESS-in məlumatına görə, Federal Təhlükəsizlik Xidməti xaricə böyük miqdarda pul çıxaran beynəlxalq qruplaşmanın yeddi üzvünü həbs edib.

Bir neçə ay ərzində cinayətkarlar təxminən 1 milyard rubl "təmiz" gəlir əldə edib. Daha 5 milyardı onlar yaxın vaxtlarda ölkədən çıxarmağa hazırlaşırmış, amma Moskva polisi buna imkan verməyib.


Andrey Qaliakberov

“Tədqiqatçılar müəyyən ediblər ki, bu cinayətdə şübhəlilər Türkiyənin dörd vətəndaşı və üç rusiyalı nəzarət altında olan firmaların köməyi ilə pul vasitələriylə qeyri-qanunu əməliyyatlar edib. Bu işlər paytaxt banklarından birində açılmış hesablar vasıtəsiylə edılib”, - deyə paytaxt polisinin mətbuat katibi Andrey Qaliakberov bildirib.


Müsadirə olunan pullar

Onun sözlərinə görə, bu məqsədlə şübhəlilərin ofis, mənzil və kottecləri olmaqla 30 ərazidə axtarış keçirilib. Polis əməkdaşları fiqurantların qeyri-qanuni fəaliyyətinə şahidlik edən serverlər, sistem blokları, çap və sənədlər götürülüb. Cinayət işi üç maddə üzrə açılıb - "qanunsuz bank fəaliyyəti", "saxta sənədlərdən istifadəylə qeyri-rezidentlərin hesablarına pul vasitələrinin köçürülməsi üzrə valyuta əməliyyatları" və "cinayətkar qrupun təşkilatı".



Qeyd edək ki, dünən səhər Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində də hüquq-mühafizə orqanları xüsusi təyinatlı polisin dəstəyi ilə axtarışlar aparıb. Axtarışlar pul vəsaitlərinin qanunsuz olaraq xaricə çıxarılmasına dair cinayət iş çərçivəsində aparılıb. Bildirilir ki, hüquq-mühafizə orqanları bu gün səhər saatlarında Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın Sankt-Peterburq ofisinə basqın ediblər. Daha sonra Rusiya DİN-in Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İstintaq İdarəsi iqtisadi təhlükəsizlik şöbəsi Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı filialında apardığı axtarışın səbəbi məlum olub.



Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəliblər: “Hüquq-mühafizə orqanları istintaq gərəyi hərdən belə tədbirlər həyata keçirə bilərlər. Hazırda Peterburq filialı işləyir və fəaliyyətində heç bir problem yoxdur”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR