Tovuz rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
APA-nın verdiyi məlumata görə, rayonun Avaztəpə kənd sakini, 1969-cu il təvəllüdlü Elçin Məmmədov və həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülaf Məmmədova dəm qazı zəhərlənməsi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, zəhərlənmə evdə qaz sobasından ayrılan dəm qazından baş verib.
Milli.Az