Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qazaxda təhlükəsiz oyun meydançası istifadəyə verilib

Qazaxda təhlükəsiz oyun meydançası istifadəyə verilib

Date: 18 December 2015 10:33


Qazax, 18 dekabr, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Niderland Krallığının ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı sayəsində Qazax rayonunun Cəfərli kəndində uşaqların mina və partlamamış hərbi sursatlardan qorunması məqsədilə yaradılan təhlükəsiz oyun meydançası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimi rayon icra hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açaraq, Azərbaycan Respublikası ilə Niderland Krallığı arasındakı sosial-iqtisadi əməkdaşlıqdan danışıb, təhlükəsiz oyun meydançasının əhəmiyyəti barədə məlumat verib.
Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielsen çıxışında ölkələrimiz arasındakı əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini söyləyib.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Bayram Vəliyev, miqrasiya şöbəsinin müdiri, Silahlara Qarşı Mübarizə Proqramı üzrə məsul şəxs Məmməd Kətənov və şöbənin əməkdaşı Sona Hacıyeva iştirak ediblər.



Tags:  Qazaxda təhlükəsiz oyun meydançası istifadəyə verilib


RƏYLƏR


Top news