"Finex Kredit BOKT" ASC-nin təmin edilməmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb

"Finex Kredit BOKT" ASC-nin təmin edilməmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb
11:58 18 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Finex Kredit BOKT" ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək. Emissiyanın məbləği 195 min ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 390 ədəd, bir istiqrazın nominal dəyəri 500 dollar, tədavül müddəti 1080 gün, istiqraz üzrə faiz dərəcəsi 14 faizdir. "Texnika Kapital Menecment" MMC anderrayter vəzifəsində çıxış edir.
İstiqrazları əldə etmək istəyənlər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər. "Finex Kredit BOKT" ASC-nin istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az ) "Emitentlər" bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotFinex_Kredit_BOKT_quot_ASC_nin_temin_edilmemis_istiqrazlarinin_emissiya_prospekti_qeyde_alinib-912317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR