Müğənnilər qiyməti qaldıracaqlar?

Müğənnilər qiyməti qaldıracaqlar?
12:12 18 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Artıq gələn ildən şou-biznes nümayəndələri də vergiyə cəlb olunacaqlar. Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazirin 1-ci müavini Natiq Əmirov da şou-biznes aləmindəki qazanc əldə edən insanların gəlir vergisi ödəməməsinin uzun müddət davam etməyəcəyini vurğuladı:

"Bizim şou-biznes nümayəndələrinin əldə etdikləri gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Onların vergidən yayınması uzun çəkməyəcək".

Vergilər Nazirliyinin şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergi ödəmələrini xahiş etməsinə baxmayaraq, hələ ki heç bir müğənni bu istiqamətdə addım atmayıb. Vergilər Nazirliyi isə hesab edir ki, bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq.

Görəsən, bu gün Azərbaycanda müğənnilərin, şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması hansı mexanizm əsasında aparılmalıdır? Həmin şou-biznes, sənət adamları qazandıqlarının hansı hissəsini, hansı formada vergi olaraq dövlətə verəcək?

Milli.Az xəbər verir ki, maliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov modern.az-a açıqlama verərək bu günə qədər şou-biznes nümayəndələrinin vergidən yayınmasının, vergiləri ödəməməsinin heç də yaxşı fakt olmadığını bildirib: "Ümumiyyətlə, şou-biznes sahəsində olan insanların gəlirlərinin uçotunun aparılması çox düzgün addım olardı. Ən azından, bu günə qədər həmin kateqoriyadan olan insanlar artıq vergiyə cəlb olunmalı idilər. Çünki bu sahədə çalışan insanlar təkcə şou-proqramlardan deyil, toy məclislərindən, xarici səfər və festivallardan, reklam işlərindən də gəlirlər əldə edirlər. Təbii ki, bu bütün müğənnilərə aid edilə bilməz. Ancaq şou-sənət adamlarının böyük əksəriyyətinin bu gün televiziyada evlərini, lüks həyatlarını, bahalı yaşamlarını göstərməsi də sübut edir k, onların gəlirləri kifayət qədər çoxdur".

Ekspertin fikrincə, televiziyalar vasitəsilə uşaqlara o qədər də yaxşı örnək olmayan bəzi şou-biznes nümayəndələrinin vergidən yayınması dövlət büdcəsinə daxil olan gəlirlərin qarşısını alır: "Televiziyalar vasitəsilə uşaqlarımıza o qədər də düzgün, doğru olmayan düşüncələri aşılayan bəzi müğənnilərin vergidən yayınması heç də yaxşı hal deyil. Müğənnilər vergi ödəməkdən yayınırlarsa, deməli, dövlət büdcəsinə daxil ola biləcək pulların itməsindən söhbət gedir".

Vergilər Nazirliyinin bu addımını təqdirəlayiq hal hesab edən Əkrəm Həsənov şou nümayəndələrinə vergilərin tətbiq edilməsindən sonra onların qiymətləri qaldırmasının o qədər də əhəmiyyətli olmayacağını söyləyib. Lakin ekspert repetitorların və digər bu cür fəaliyyətlə məşğul olanlara vergilərin tətbiqinin o qədər də yaxşı hal olmadığını vurğulayıb:

"Müğənnilər, şou-biznes nümayəndələri vergilər tətbiq olunduqdan sonra toy, məclis qiymətlərini artıra bilərlər. Onsuz da insanların çoxu onların istədiyi qiymətə toya, yaxud hansısa şənliyə dəvət etməyəcəklər. Çünki bir müğənninin kiminsə toyunda oxuması su, çörək qədər ehtiyaclı deyil. Sadə vətəndaşlar vergi verirlərsə, saatlarına minlər qazanan müğənnilər niyə vergidən yayınmalıdırlar? Amma repetitorlara, bəzi sənət-peşə sahiblərinə vergilərin tətbiq olunması o qədər də yaxşı hal deyil. Çünki müğənnidən fərqli olaraq, müəllimlər gələcəyin şəxslərini, bəlkə də şəxsiyyətlərini yetişdirirlər. İnsan kapitalını, biliyi, savadı inkişaf etdirənlərə güzəşt edilməlidir. Bu Avropada da, dünyanın bir çox ölkələrində də belədir".

İqtisadçı ekspert, keçmiş deputat Nazim Məmmədov isə hesab edir ki, vergilər sənət-peşə sahibləri ilə yanaşı, digər iri holdinqlərə, firmalara da düzgün tətbiq olunmalıdır: "Azərbaycanda vergi bazasını genişləndirmək haqqında bir neçə il bundan öncə prezident tapşırıq verib. Həmin tapşırığa görə, cari xərclər vergilər hesabına formalaşdırılmalıdır. 2016-cı ilin dövlət büdcəsinin proqnozlarına baxsaq, görərik ki, 2,3 milyard manat həcmində cari xərclərimizi ödəyə bilmirik və bunu məcburən Dövlət Neft Fondundan götürürük. Qonşu Gürcüstanda isə büdcənin gəlirlər hissəsində vergi 95 faiz təşkil edir. Bizdə isə bu 45-46 faizdir. Bu o deməkdir ki, bizim kifayət qədər vergiləri artırmaq imkanımız var. Yəni ayrı-ayrı peşə sahiblərinin vergiyə cəlb olunması lazımdır. Vergilər Nazirliyinin bu sahədə atdığı addımlar təqdirəlayiqdir. Amma bu vergilər bir kateqoriyaya tətbiq olunub, iri şirkətlərə, holdinqlərə tətbiq olunmursa, burada artıq ciddi suallar meydana çıxır. Vətəndaşlarda vergi mədəniyyəti inkişaf etmir. Vergi tətbiqi ilə yanaşı, maarifləndirmə də aparılmalıdır".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Corab sataraq milyonçu olan məktəbli

30 Aprel 2017 15:19

Salyanda Qarabağ veteranının evi yanıb

30 Aprel 2017 15:17

Kürdəmirdə pambıq tarlasında bədbəxt hadisə

30 Aprel 2017 15:15

Braziliyalı futbolçu Bundesliqanın tarixinə düşdü

30 Aprel 2017 15:12

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - Nazirlik məlumat yaydı

30 Aprel 2017 15:12

Bu ağacın 4841 yaşı var - FOTOLAR

30 Aprel 2017 15:08

Taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO

30 Aprel 2017 15:05

"Beynəlxalq Caz Günü" qeyd olunur

30 Aprel 2017 15:02

Qardaşlarını, onların həyat yoldaşlarını öldürdü

30 Aprel 2017 14:59

Karton parçasından görün nələr yaratdı - FOTOLAR

30 Aprel 2017 14:58

Kolumbiyada bina çökdü: 20 ÖLÜ

30 Aprel 2017 14:52

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 14:49

Neymar bombası "partlayır" - 200 milyonluq transfer

30 Aprel 2017 14:47

“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

30 Aprel 2017 14:47

Piyada zolağı ilə bağlı

30 Aprel 2017 14:42

Trampın ofisindəki qırmızı düymənin sirri: Nivə silahı, yoxsa kola reklamı? - FOTOLAR

30 Aprel 2017 14:38

Türkiyədə spirtli içkilər QADAĞAN olundu

30 Aprel 2017 14:37

Daşkəsəndə aşkar olunan ətlər insan sağlamlığına zərər yetirən bakteriyalarla çirklənib

30 Aprel 2017 14:37

Azarkeş: Azərbaycan yığmasının Dünya Kubokunda mükafat qazanacağına əminəm

30 Aprel 2017 14:36

Tanınmış aktyor vəfat edib

30 Aprel 2017 14:36

Abdolbari Goozal Azərbaycan vətəndaşıdır? - AÇIQLAMA

30 Aprel 2017 14:27

Londonda terror təhlükəsi - XƏBƏRDARLIQ

30 Aprel 2017 14:22

Tamaşaçı: Azərbaycan gimnastikasını parlaq gələcək gözləyir

30 Aprel 2017 14:22

Prezidentin qızları, generallar, məşhurlar Bakı Marafonunda

30 Aprel 2017 14:22

Məşhur avtomobil fabriki - "Gorky" - FOTOLAR

30 Aprel 2017 14:13

"Qəbələ"nin sabiq futbolçusu rəqib oyunçunu xilas etdiyinə görə mükafatlandırılıb

30 Aprel 2017 14:07

Kolumbiyada yaşayış binası çökdü

30 Aprel 2017 14:05

İndiyə kimi səhv istifadə etdiyimiz əşyalar - VİDEO

30 Aprel 2017 14:03

Yusuf Güneydən azərbaycanlı pərəstişkarlarına SÜRPRİZ

30 Aprel 2017 13:57

Azərbaycanlı müğənnilərin ƏSL PEŞƏLƏRİ - SİYAHI

30 Aprel 2017 13:54

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

30 Aprel 2017 13:53

Londonda daha iki terror aktı törədilə bilər

30 Aprel 2017 13:50

ABŞ gimnastı: "Hər çıxış mənim üçün zövq və bayramdır" (FOTO)

30 Aprel 2017 13:50

İranlı marafon iştirakçısı: Mənim üçüncü yerim qələbəyə bərabərdir

30 Aprel 2017 13:50

"Tənbəl kotletlər"in hazırlanma qaydası

30 Aprel 2017 13:50

Bloqqer Mehman intihar etdi

30 Aprel 2017 13:46

Afaq Aslan bu dəfə tamam soyundu və çarpayıda... - VİDEO

30 Aprel 2017 13:43

Azərbaycanda pambıq tarlasında faciə: qadın öldü

30 Aprel 2017 13:39

Valideynini itirən İntiqam və Ehtiram kövrəldi: "Atam yatdı ayılmadı"

30 Aprel 2017 13:37

Fotoda neçə insan üzü var

30 Aprel 2017 13:37

Azərbaycan futbolunda mövsümün əvəzedilməzi

30 Aprel 2017 13:29

Ayın və həftənin ilk gününə olan hava proqnozu

30 Aprel 2017 13:25

Mehman Qələndərlinin intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

30 Aprel 2017 13:19

Nərgiz Paşayeva təltif olundu

30 Aprel 2017 13:18

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anılıb

30 Aprel 2017 13:17

Sabahdan Bakıda yeni qadağa qüvvəyə minir - 40 AZN cərimə

30 Aprel 2017 13:17

Prezidentə sui-qəsd edən Çingiz həbsxana yolunda

30 Aprel 2017 13:09

Belə çadırlar hələ görülməyib - FOTOLAR

30 Aprel 2017 13:08

Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib

30 Aprel 2017 13:08

Sabah hava necə olacaq?

30 Aprel 2017 12:58