Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tullantılar arasından toplanan pulla kimsəsiz uşaqlara hədiyyəyə alındı

Tullantılar arasından toplanan pulla kimsəsiz uşaqlara hədiyyəyə alındı

Tarix: 18 Dekabr 2015 12:13


Bakı, 18 dekabr, AZƏRTAC
“Təmiz Şəhər” ASC tullantılar arasından toplanılan pulu xeyriyyə məqsədilə istifadə edib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Balaxanıdakı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 6-7 ay ərzində iş prosesi zamanı tullantılar arasından qəpiklər yığılıb. Cəmiyyətin əməkdaşları o pulla müxtəlif hədiyyələr alaraq Şüvəlan qəsəbəsində yerləşən internat məktəbini ziyarət ediblər. Məktəbin rəhbərliyi “Təmiz Şəhər”ə kimsəsiz uşaqları sevindirdiyi üçün minnətdarlıq edib.
“Təmiz Şəhər” ASC bu fəaliyyəti ilə çəkisi 90 kiloqramdan çox olan qəpiklər həm xeyriyyə məqsədilə xərcləyib, həm də bu vəsait dövriyyəyə qaytarılıb.


Teqlər:  Tullantılar arasından toplanan pulla kimsəsiz uşaqlara hədiyyəyə alındı



RƏYLƏR


Top xəbərlər