Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə AZPROMO arasında anlaşma memorandumu imzalanıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə AZPROMO arasında anlaşma memorandumu imzalanıb

Date: 18 December 2015 12:18


Bakı, 18 dekabr, AZƏRTAC
Bakı Biznes Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında "İxraca hazır ol" layihəsi üzrə anlaşma memorandumu imzalanıb.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin ixrac sahəsində maarifləndirilməsi, onların nəzəri və praktiki biliklərinin artırılmasıdır. Layihədə nəzərdə tutulmuş maarifləndirmə tədbirləri çərçivəsində ixraca dair sertifikatlaşdırma, etiketləmə, gömrük prosedurları, bazar tədqiqatlarının aparılması və s. mövzuları əhatə edən yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkili, məlumat mübadiləsi nəzərdə tutulur. Layihənin reallaşdırılması kiçik sahibkarların ixrac sahəsində maarifləndirilməsi, xarici bazarlara çıxışının dəstəklənməsi və qeyri-neft ixracının təşviqi baxımından əhəmiyyətli olacaq.

Tags:  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə AZPROMO arasında anlaşma memorandumu imzalanıb


RƏYLƏR


Top news