Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənilər itkilərini açıqladı - 3 ölü

Ermənilər itkilərini açıqladı - 3 ölü

Date: 18 December 2015 12:46

Cəbhədə vəziyyət gərginləşib. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, 3 erməni hərbçisi öldürülüb.

Atışma cəbhənin şimal-şərq və şimal istiqamətlərində olub.

Onlardan ikisi gecə təmas xəttində atışma zamanı ölüb. Ölən əsgərlər bunlardır: Aqazi Qriqoryan (1996-cı il) və Ruben Aleksanyan (1996-cı il).

Daha bir nəfər 1992-ci il təvəllüdlü Qor Oqanyandır. Onun hansı çəraitdə öldüyü araşdırılır.

Atışmada Azərbaycan ordusu da itki verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Tags:  Ermənilər itkilərini açıqladı ölü


RƏYLƏR


Top news