Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pekində havanın çirklənməsi ilə əlaqədar bu il ikinci dəfə yüksək xəbərdarlıq elan edilib

Pekində havanın çirklənməsi ilə əlaqədar bu il ikinci dəfə yüksək xəbərdarlıq elan edilib

Date: 18 December 2015 13:38


Bakı, 18 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Çinin paytaxtı Pekində havanın çirklənməsi ilə əlaqədar 4 gün ən yuxarı səviyyədə olan qırmızı xəbərdarlıq elan edilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ölkədə hökm sürəcək çirkli hava ilə bağlı dekabrın 19-dan etibarən bu il ikinci dəfə qırmızı xəbərdarlıq elan olunacaq.
Çin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, Pekində sabahdan hökm sürəcək çirkli hava dekabrın 22-də azalacaq. Ölkənin şimal bölgələrində isə bu ilin ən çirkli havasının hökm sürəcəyi bildirilir. Pekində də təsirli olacaq çirkli havanın dekabrın 6-9-da ölkədə hökm sürmüş çirklilikdən daha pis olacağı qeyd edilir.
Qırmızı xəbərdarlıqla əlaqədar 4 gün ərzində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlərin olacağı, həmçinin, atəşfəşanlıq və bayırda manqal qalamağa qadağa qoyulacağı qeyd edilir.

Tags:  Pekində havanın çirklənməsi əlaqədar bu il ikinci dəfə yüksək xəbərdarlıq elan edilib


RƏYLƏR


Top news