Əsəd lağ etdi: "Çemodanımı yığmışdım, gedirdim"

Əsəd lağ etdi: "Çemodanımı yığmışdım, gedirdim"
14:06 18 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

"Suriya probleminin həllinin açarı iki ölkədədir. Bunlar Türkiyə və Səudiyyə Ərəbistanıdır". ANS PRESS-in məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd Hollandiya televiziyasına müsahibəsində deyib.

Əsəd ona nə edəcəyini məsləhət görən qərb liderlərini də məsxərəyə qoyub.

NPO2-yə danışan Əsəd qərbin Suriya ictimaiyyətini yanlış yönlədirməyə, əsl problemin prezidentdə olduğuna və onun getməli olduğuna inandırmağa çalışmaqda ittiham edib.

Onun sözlərinə görə, Türkiyədən terrorçulara pul, silah axışı dayandırmalıdır. "Səudiyyə Ərəbistanı da digər bir açar ölkədir". Suriya lideri deyib ki, əgər bəzi ölkələr xarici terrorist axışını və lojistik dəstəyi kəssələr böhran 1 ildən qısa zamanda bitəcək. B.Əsəd deyib ki, Suriyaya dəstək verən ilk ölkə - Rusiya və İrandan başqa heç kim bu ölkədəki böhranın siyasi yollarla həll etməyə hazır deyil.

Bundan başqa o, ABŞ dövlət katibi Con Kerrinin "Əsəd dərhal getməyə bilər. Məqsədimiz rejimin dəyişməsi deyil" sözlərinə, Fransanın mövqeyini dəyişməsinə lağlağa edib. "Belə dedikləri üçün təşəkkür edirəm. Çemodanımı toplamışdım, ölkədən ayrılmağa məcbur idim. Amma icazə verdikləri üçün qala bilərəm. Onların nə dediklərini heç zaman önəm verməmişik. 4 ildir eyni şeyi deyirlər. Dəyişən nə isə oldu? Yox. İndi bir suriyalı durub desə ki, "Olland vəzifəsindən uzaqlaşdırlmalıdır" fransızlar bunu qəbul edər?"




Prezident Suriyanın Avropa, Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələr üzündən terrorçuların yuvasına çevrilib. Buna görə də, bütün dünyadan terrorçuların buraya gəlməsi normaldır. "Əsil sual budur - niyə onlar bu zaman kimi Avropada qala biliblər? Terrorla doğurdanda mübarizə etməmisiniz.
Bir çox Avropa rəsmisi neft gəliri üçün başqalarını satdı. Siz bizə terrorçu ixrac edirsiniz, biz yox. Cihadçılar Suriya gəlirlər, sonra Avropaya qayıdırlar. Paris terrorunu törədənlərdə Avropada yaşayıblar, Suriyada yox".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR