Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsveç suriyalılara humanitar yardım üçün 200 milyon dollar ayıracaq

İsveç suriyalılara humanitar yardım üçün 200 milyon dollar ayıracaq

Date: 18 December 2015 14:53


Stokholm, 18 dekabr, AZƏRTAC 
İsveç hökuməti qarşıdakı beş ildə Suriyaya humanitar yardım üçün 1,7 milyard kron (200 milyon dollar) ayırmaq barədə qərarını açıqlayıb.
Bu barədə İsveçin beynəlxalq əməkdaşlığın inkişafı üzrə naziri İsabella Levin xüsusi mətbuat konfransında məlumat verib. O bildirib ki, hər il 340 milyon kron (təqribən 40 milyon dollar) ayrılacaq. Bu vəsait İsveçin SIDA yardım agentliyi tərəfindən BMT, Avropa İttifaqı, habelə müxtəlif vətəndaş təşkilatlarına yönələcək. Bu pullar məktəb və səhiyyənin ehtiyaclarına, habelə Livan, İordaniya və Türkiyədə məskunlaşan suriyalı qaçqınlara ayrılacaq.
İsabella Levin deyib: “Unutmaq olmaz ki, Suriyada milyonlarla insanın həyatı dözülməz vəziyyətdədir. İki milyon uşaq məktəbə getmir, əhalinin 60 faizi işsizdir. Biz təhsili dəstəkləyəcəyik ki, uşaqlar və gənclər gələcəkdə əsgər olmasınlar. Pullar həm də əhalinin su ilə təchiz olunmasına yönələcək ki, insanlar arasında yeni münaqişə yaranmasın”. İsveç naziri vurğulayıb ki, vəsait Suriyanın indiki Prezidenti Bəşər Əsədin hökumətini dəstəkləmək üçün nəzərdə tutulmayıb.
Rauf Əliyev
AZƏRTA-ın xüsusi müxbiri
Stokholm

Tags:  İsveç suriyalılara humanitar yardım 200 milyon dollar ayıracaq


RƏYLƏR


Top news