Dahi bəstəkarın ev-muzeyinin 40 yaşı tamam oldu

Dahi bəstəkarın ev-muzeyinin 40 yaşı tamam oldu
15:23 18 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 18-də dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 40 illiyi münasibətilə sərgi və tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeydə nümayiş etdirilən sərgidə dahi bəstəkarın xüsusi əşyaları və muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, muzeyin nəşrləri maraqla qarşılanıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva Üzeyir Hacıbəylinin ev-muzeyinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci il noyabrın 20–də Bakıda, indiki ünvanında (Şamil Əzizbəyov 67), bəstəkarın 1915-1942-ci illərdə yaşadığı evdə təşkil edildiyini söyləyib. Ulu öndər Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı olub.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzey 40 ildir ki, bəstəkarın zəngin irsini qoruyaraq, çoxşaxəli yaradıcılıq fəaliyyətini özündə əks etdirir.
Respublikanın bir sıra tanınmış ziyalılarının iştirak etdiyi tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov, Xalq artistləri- Canəli Əkbərov, Ramiz Quliyev, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova, AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi , şair Ənvər Əhməd və başqaları muzeyin qorunması və təbliğatı üçün əməkdaşların göstərdiyi fədakarlıqdan minnətdarlıq hissi ilə söhbət açıblar.
İncəsənət ustalarının və musiqi məktəblərinin şagirdlərinin ifasında Ü.Hacibəylinin musiqi əsərlərindən parçalar səsləndirilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dahi_bestekarin_ev_muzeyinin_40_yasi_tamam_oldu-912393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR