Lənkəranda iki ay əvvəlki sellə bağlı iş başladı (FOTO)

Lənkəranda iki ay əvvəlki sellə bağlı iş başladı (FOTO)
16:16 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda iki ay öncə yağan leysan yağışlarının vurduğu fəsadlar aradan qaldırılmağa başlanılıb. ANS PRESS-in məlumatına görə, ilk növbədə vətəndaşların rahatlığını təmin etmək məqsədilə yüzlərlə sakinin məskunlaşdığı çoxmərtəbəli yaşayış evlərinin zərərçəkmiş dam örtükləri yenilənir. Əsaslı təmir işləri ölkə başçısının bu məqsədlə 22 oktyabr tarixli sərəncamı ilə ayrılmış 4 milyon manat vəsait hesabına aparılır.



İcra hakimiyyəti başçısının müavini Möhübbət Babayevin sözlərinə görə, bu vəsaitə uyğun olaraq 41 çoxmənzilli yaşayış binasının təmirini nəzərdə tutulub. "Bu evlər Lənkəran, Liman şəhərində və Nərimanabaq qəsəbəsindədir. Hal-hazırda 20-dən artıq binada sürətli iş gedir və bu işlərin həcmi artılacaq.

Bu işlər başa çatdırıldıqdan sonra çoxmərtəbəli binaların fasadları da təmir olunacaq, rənglənərək vətəndaşların istifadəsinə veriləcək.

Oktyabrda baç veren təbii fəlakət nəticəsində Lənkəranda 1300 evi su basıb, 10 körpü uçub, yol infrastrkuturu ciddi ziyan çəkib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR