Qusarda 100-dən çox istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirilib

16:58 18 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Qusar, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 18-də Qusar şəhərində 100-dən çox istehlakçının iştirakı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusundakı növbəti maarifləndirici konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşəbbüsü ilə təşkil olunan konfransda istehlakçıların hüquqlarının müdafiəsində maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev qeyd edib ki, 2015-ci ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 80 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanılıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.
Konfransda xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə də məlumat verilib.
Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, konfrans iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qusarda_100_den_chox_istehlakchi_huquqlarinin_mudafiesi_ile_bagli_maariflendirilib-912442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR