Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yelizaveta Diana Şarlottanın valideynləri ilə yeni fotosu (FOTO)

Yelizaveta Diana Şarlottanın valideynləri ilə yeni fotosu (FOTO)

Date: 18 December 2015 17:06

Kembriç hersoqinyası Keyt Middeltonun və Kembriç hersoqu şahzadə Uilyamın 7 aylıq qızı şahzadə Yelizaveta Diana Şarlottanın yeni fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, Kensinqton sarayının həyətində çəkilən fotolarda həm valideynlər, həm də uşaqlar qeyri-rəsmi geyimdədirlər. Oktyabr ayında çəkilən bu şəkil bu gün krallığın "Twitter" səhifəsində paylaşılıb.



Fotoqraf Kris Cefin dediyinə görə, kral ailəsi ilə işləmək böyük fəxrdir. Şəkil bağda yarpaqların arasında çəkilib.

Yanvardan isə balaca iki yaşlı Corc ilk dəfə Norfolkda yerləşən bağçaya gedəcək. Onu indidən orada böyük səbirsizliklə gözləyirlər.


Kral ailəsinin yeni fotosu


Bundan əvvəl balaca şahzadənin əlində ayı tutduğu bir şəkil də paylaşılıb. Şarlotta bu güllü paltarı ilə hər kəsin diqqətini cəlb edib. Yelizaveta Diana Şarlotta 2015-ci il mayın 2-də dünyaya gəlib. Şarlotta, babası 67 yaşlı şahzadə Çarlz, 33 yaşlı atası şahzadə Uilyam, 28 aylıq qardaşı şahzadə Corcdan sonra Birləşmiş Krallıq taxt-tacının 4-cü varisidir.




Şarlottanın ilk şəkli



Tags:  Yelizaveta Diana Şarlottanın valideynləri yeni fotosu FOTO


RƏYLƏR


Top news