Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Microsoft” ilə birgə İşçi qrup yaradılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Microsoft” ilə birgə İşçi qrup yaradılır

Microsoft to end production on the Surface 3 by late 2016 (01 February 2017 16:34)
Windows 10 will soon lock your PC when you step away from it (13 January 2017 13:34)

Date: 18 December 2015 17:18


Bakı, 18 dekabr, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə dekabrın 18-də “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Maykl Koqler ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın dövlət qurumlarında istifadə olunan “Microsoft” proqram təminatlarının lisenziyalaşdırılması və bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş kimi çıxış etməsi, elektron imza alqoritmlərində yeni texnologiyaların tətbiqi müzakirə olunub.
Maykl Koqler bildirib ki, “Microsoft” Azərbaycanla əməkdaşlığa və bu əməkdaşlığın genişləndirilməsinə maraqlıdır.
Ramin Quluzadə nazirliyin qeyd olunan əməkdaşlığa açıq olduğunu deyib və irəli sürülən təkliflər əsasında İşçi qrupun yaradılması təklif olunub.
İşçi qrup mövcud vəziyyəti araşdırmalı və əməkdaşlığın perspektivləri ilə bağlı konkret təkliflər hazırlamalıdır.

Tags:  Rabitə Yüksək Texnologiyalar Nazirliyində Microsoft birgə İşçi qrup yaradılır



RƏYLƏR


Top news