Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bir gündə İmişlinin altı yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib

Bir gündə İmişlinin altı yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib

Date: 18 December 2015 17:53


İmişli, 18 dekabr, Mahir Babayev, AZƏRTAC
Bir gündə İmişlinin altı yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 49 yaşayış məntəqəsindən 13-ü qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qaz verilmiş kənd və qəsəbələrin sırasına ümumilikdə 1208 abonenti olan daha altı yaşayış məntəqəsi - Otuziki, Yuxarı Qaralar, Xoşçobanlı, Muradalılı, Murğuzalılı və Mürsəlli kəndləri də əlavə olunub.
Yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə Otuziki kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev İmişlidə sosialyönümlü layihələrin uğurla reallaşdırıldığını bildirib, kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi qiymətləndirib.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda məşəl alovlandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.

Tags:  gündə İmişlinin altı yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib


RƏYLƏR


Top news