Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Zirvə”nin cüdoçuları ölkə birinciliyində uğurla çıxış ediblər

“Zirvə”nin cüdoçuları ölkə birinciliyində uğurla çıxış ediblər

Date: 18 December 2015 18:38


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda respublikamızın müxtəlif bölgələrindən 500-ə yaxın idmançı mübarizə aparıb. Ənənəvi olaraq respublika səviyyəli yarışda “Zirvə” idman klubunun üzvləri də çıxış ediblər.
Qızların yarışında 57 kiloqram çəki dərəcəsində yarışan Zəhra Mehdiyeva finaladək irəliləyib və gümüş medalla kifayətlənib. Birincilikdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Nərmin Abdullayeva isə bürünc medal qazanıb.
Hər iki cüdoçu “İsmayıllı-Zirvə” klubunu təmsil edir.
Cüdoçuların respublika birinciliyində yaxşı çıxış etmələri milli komandanın məşqçilərinin də diqqətini cəlb edib. Qızlar yeniyetmələrdən ibarət yığmaya dəvət alıblar.


Tags:  Zirvənin cüdoçuları ölkə birinciliyində uğurla çıxış ediblər


RƏYLƏR


Top news