İstək” Liseyində “Sinqapur modeli”nin təqdimatı olub

İstək” Liseyində “Sinqapur modeli”nin təqdimatı olub
18:58 18 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Bu yaxınlarda “İstək” və Akademik Zərifə Əliyeva adına liseylərin rəhbərliyi Sinqapura səfər edərək, bu ölkənin təhsil sistemi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dekabrın 18-də hər iki liseyin təşkilatçılığı ilə “Qabaqcıl dünya təhsili təcrübələri: Sinqapur modeli”nin təqdimatı keçirilib.
Paytaxtın 50-dək orta məktəb direktorunun iştirak etdiyi tədbirdə Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva, “İstək” liseyinin icraçı direktoru Anar Məmmədov, həmin liseyin tədris işləri üzrə idarə müdiri Anar Fərmanov və digər çıxış edənlər Sinqapur və bu ölkənin sürətlə inkişaf edən təhsil sistemi haqqında maraqlı faktları diqqətə çatdırıblar.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istek_Liseyinde_Sinqapur_modelinin_teqdimati_olub-912513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR