Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tolik müğənniləri ələ saldı: "Yalandan videolar qoyub..."

Tolik müğənniləri ələ saldı: "Yalandan videolar qoyub..."

Date: 18 December 2015 19:05

Prodüser Tarix Əliyev (Tolik) müğənniləri ələ salıb.

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, Tolik ifaçıları vergidən qorxduqları üçün toylarını gizlətməkdə günahlandırıb:

"Deyirəm, qorxu pis şeydi. Məhərrəmlik neçə gündür bitib, müğənnilər İnstaqram-a toylarını qoymurlar. Amma bir neçə ay bundan əvvəl gündə toyda olmasalar da, yalandan videolar qoyub, kimlərəsə nəyisə sübut etmək istəyirdilər. İndi də edin də... Vergi (Vergilər Nazirliyi - red.) görər? Ona görə də kimlərəsə acıq verəndə, evdə oturub yalandan "toydayam" deyəndə belə olacaq. 

Havayı getdikləri məclisi elə bəh-bəhlə İnstaqram-a qoyub, "bu gün filan yerdəyəm. Oradan çıxıb filan yerə getdim" edirdilər. Nədi-nədi camaat baxıb desin ki, gündə toyu var, deməli, yaxşı müğənnidir. İndi vergilər üstlərinə düşüb deyə bilmirlər ki, biz acığa edirdik bunu. Allah köməyiniz olsun".

Milli.Az


Tags:  Tolik müğənniləri ələ saldı Yalandan videolar qoyub


RƏYLƏR


Top news