Müdafiə Nazirliyi: cəbhədə gərginliyin səbəbkarı birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyidir

20:38 18 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Cəbhədə davam edən gərginliyin səbəbkarı birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyidir.
Bunu Ermənistan saytlarının Azərbaycan Ordusunun itkiləri barədə yaydığı xəbərlərlə əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, qoşunların təmas xəttində düşmənin fəallığının qarşısı Azərbaycan əsgərinin qabaqlayıcı tədbirləri və gücü hesabına qətiyyətlə alınır. Erməni tərəfi verdiyi xeyli sayda itkilərə haqq qazandırmaq məqsədilə bizim guya itki verməyimiz barədə şişirdilmiş və yalan xəbərlər yayır.
“Cəbhədəki vəziyyət barədə gündəlik, itkilərilərimiz haqqında isə dəqiq və vaxtında məlumatlar tərəfimizdən ictimaiyyətə çatdırılır. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır və cinayəkar rejimin silahlı birləşmələri işğal olunmuş torpaqlarımızdan tam çıxarılanadək onlara qarşı lazım olan bütün ciddi tədbirlər görüləcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Nazirliyi_cebhede_gerginliyin_sebebkari_birbasa_Ermenistanin_mesuliyyetsiz_ve_cinayetkar_rehberliyidir-912552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR